Slimfit
  1. MARAQLI

İnsanlar bahalı geyimləri səlahiyyət göstəricisi kimi qəbul edirlər

İnsanlar bahalı geyimləri səlahiyyət göstəricisi kimi qəbul edirlər
Sakura

İnsanlar bahalı geyimləri səlahiyyət göstəricisi kimi qəbul edirlər

Prinston Universitetinin araşdırmaçıları müəyyən ediblər ki, sən demə insanlar qarşılarındakı şəxsin geyiminə görə onun nə dərəcədə səlahiyyətli olması barədə müəyyən qənatə gəlirlər.

Alimlər əvvəlcə 50 nəfərin şəklin göstərib, geyimlərinin baha yoxsa ucuz olduğunu təyin etməyi istəyiblər. Cavablardan geyimləri ən bahalı və ən ucuz adlandırılan 36 kişinin şəklini seçib götürüblər.

Bu şəkilləri isə digər bir qrupa təqdim edib ordakı şəxslərin nə dərəcədə səlahiyyətli ola bilməsini 1-9 arası qiymətlərlə dəyərləndirmələrini tələb ediblər. Nəticədə daha bahalı geyimlərdə olanlar daha səlahiyyətli kimi qiymətləndiriliblər.

Sonra araşdırmaçılar başqa qrupla yenə belə bir eksperiment həyata keçiriblər və nəticlər dəyişməz olaraq qalıb – istənilən halda iştirakçılar bahalı geyimdə olanları daha səlahiyyətli hesab ediblər.

Araşdırmaçılar belə hesab edirlər ki, belə ilkin təəssüratın qarşısını almaq üçün bunu istəmək, həmsöhbətinizə çox vaxt sərf etmək və  ona qarşı diqqətli olmaq lazımdır. Bunu işə götürənlər bilməli və namizədlərə qərəzli yanaşmağa səbəb ola biləcək faktorları azaltmalıdırlar. Bunu araşdırmanın həmmüəllifi Eldar Şərifov belə hesab edir. Bunun üçün  məsələn, üz-üzə müsahibələr keçirməmək olar. Məktəbli formalarına gələndə isə bütün şagirdlər eyni geyim geyirlər, buna görə də müəllimlər onları maddi vəziyyətlərindən asılı olmayaraq qiymətləndirə bilirlər.

Mənbə: bizplus.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1003 Xocalı sakinini esirlikden xilas eden, Azerbaycanın Milli Qehremanı Allahverdi Bağırov.

Redaktor seçimi

SON XƏBƏRLƏR