Slimfit
  1. TEXNOLOGİYA

İnsanları salamlayan kürəşəkilli robot yaradılıb

İsrailin Herzliya Fənlərarası Mərkəzi və ABŞ-ın Kornell Universitetinin tədqiqatçılar qrupu məhdud imkanlara malik yeni tip robot hazırlayıb. Yeganə məqsədi insanları salamlamaqdan ibarət olan robot göz…

İsrailin Herzliya Fənlərarası Mərkəzi və ABŞ-ın Kornell Universitetinin tədqiqatçılar qrupu məhdud imkanlara malik yeni tip robot hazırlayıb. Yeganə məqsədi insanları salamlamaqdan ibarət olan robot göz və əllərə malik olmamasına görə insan, heyvan və ya tipik robotdan seçilir.  

ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, salamlama üçün qurğu yaradıcılarının məqsədi ətrafdakı insanların qeyri-verbal siqnallardan (məsələn, görmə kontaktı) istifadə etməyən robota necə reaksiya verəcəklərini müəyyənləşdirmək olub. Qurğu bütövlükdə voleybol topu ölçüsündə olan ağ kürəcik şəklindədir. Onun daxilində insanın yaxınlığının müəyyənləşdirilməsi üçün elektron ötürücülər və maqnit uclu idarəetmə mexanizmi quraşdırılıb. Maqnit kürə daxilində hərəkət edərək böyük dairənin səthi üzərində hərəkət edən kiçik şarın hərəkətlərinə nəzarət edir.

Qurğunun mexanizmi “Ulduz müharibələri” filminin “BB-8” robotuna uyğun hazırlanıb. Mütəxəssislər xoş qəbul ediləcək robotlaşdırılmış salamlama üsulunun ixtirası üçün çoxlu ekspertlərlə məsləhətləşmələr aparıblar. Keçirilən sorğudan məlum olub ki, insanların əksəriyyəti kürəşəkilli robota müsbət münasibət bəsləyib.

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu atın adı Shayne-dir. O dünyanın ən yaşlı atıdır. (Atların ömrü 25-30 ildir)

Redaktor seçimi

SON XƏBƏRLƏR