Slimfit
İnsult
Sakura

İnsult

İnsult - beyin qan dövranının kəskin pozulmasıdır.BQDKP-ı 2 yerə ayrılır.1-keçib gedən bqdkp(24 saat ərzində),2-insultlar. İnsultun iki tipi fərqləndirilir: işemik(80-85%) və hemorragik(15-20%).

İşemik insult - qan təchizatının çatışmazlığı nəticəsində beynin ocaqlı (fokal) zədələnməsindən əmələ gələn, 24 saatdan çox çəkən və ya bir sutka ərzində ölümə gətirib çıxaran nevrolojı simptomların kəskin inkişafı ilə xarakterizə olunan sindromdur. Bütün halların 80%-də işemik insult karotid hövzədə, 20%-də isə vertebrobazilyar hövzədə baş verir.

Kəskin serebral işemiya nəticəsində yaranan ocaqlı nevroloji defisit və ya retinal işemiya nəticəsində yaranan görmənin monokulyar pisləşməsi (amaurosis fugax) 24 saat ərzində tam keçib gedirsə, bu sindrom tranzitor işemik həmlə (TİH) kimi təsnifata daxil edilir.

Risk faktorları

Arterial hipertoniya, şəkərli diabet, ateroskleroz, UİX, səyirici aritmiya, qan xəstəlikləri, siqarət çəkmə, alkohol qəbulu, narkomaniya, piylənmə, az hərəkətli həyat tərzi, per oral kontraseptivlərin qəbulu, qocalıq, kişi cinsi, genetik meyillik, afro-amerikan irqə mənsubluq.

Hemorragik insult

Hemorragik insult - serebral arteriyanın travmatik genezli olmayan partlaması və qanın intrakranial sahəyə – intraventrikulyar, intraserebral, subaraxnoidal, subdural və ya epidural olaraq axması nəticəsində beyin qan dövranının kəskin pozulmasıdır. Bəzən intraserebral hemorragiya beyin infarktı sahəsində inkişaf edir, bu, işemik insultun hemorragik transformasiyası adlanır. Bəzən mürəkkəb insult(qarışıq) olur ki bu zaman eyni ocaqda həm işemik dəyişkənliklər,həmdə qansızmalar olur.

Yaşlı əhali arasında əlilliyin aparıcı səbəbi və ölümün əsas səbəblərindən biri olan serebral insult əvvəlki kimi səhiyyənin əsas problemlərindən biri olaraq qalmaqdadır. İnsult həyat üçün təhlükəli olan kəskin miokard infarktı və ya kəskin kəllə-beyin travması ilə eyni dərəcədə təxirəsalınmaz vəziyyət kimi qiymətləndirilməlidir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli yazıçı Seyfəddin Dağlı Cəfər Cabbarlının qızı Gülarə xanımla evli olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR