Slimfit
İpək
Sakura

İpək — tut yarpaqları ilə bəslənən barama qurdlarının əmələ gətirdiyi çox incə və parlaq saplar və bu…

İpək — tut yarpaqları ilə bəslənən barama qurdlarının əmələ gətirdiyi çox incə və parlaq saplar və bu saplardan toxunan qiymətli parça.

İpək parça

Ənənəvi parça istehsalının ən qiymətli xammal növü ipək olmuşdur. İpək parça istehsalı uzun texnoloji proses olmaqla barama açılmasından başlayır, sonra əyirilir, qaynadılıb təmizlənir, rənglənir və nəhayət ipək sap alınması ilə başa çatır. İpək və ipək məmulatından təkcə parça kimi deyil, eləcə də rabitədə, tibbdə və musiqi alətlərinin hazırlanmasında da geniş istifadə olunur.

XIX əsrə qədər ipəkçilik və xam ipək istehsalı Azərbaycan iqtisadiyyatında əsas yerlərdən birini tutub. Azərbaycanda ipəyin meydana çıxması və əhalinin təsərrüfat məişətində möhkəm yer tutması ölkənin orta əsr toxuculuğunda ciddi irəliləyişə səbəb olmuşdur.

 

İpəyin istehsalı

İpək istehsalı tut ipəkqurdu kəpənəyi toxumunun əldə edilməsindən başlayır. Daha sonra ipəkqurdu bəslənilərək barama əldə edilir. Qızğın buxar və ya qazanda qaynadılmış su vasitəsilə baramanın içindəki pupun boğulması ipək istehsalının zəruri ünsürüdür. Pupun boğulması prosesi başa çatdıqdan sonra "mancanaq" adlanan dəzgahda baramaaçma prosesi başlayır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu gün pələnglərin ən məşhur müdafiəçilərindən biri məşhur Hollivud ulduzu Loenardo Di Kapriodur. O Rusiyaya gələrək, Amur pələnglərin müdafiəsi üçün 1 milyon dollar bağışlayıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR