Slimfit
  1. TEXNOLOGİYA

iPhone 11 üçün batareyalı telefon üzlüyü təqdim edildi

iPhone 11 üçün batareyalı telefon üzlüyü təqdim edildi
Sakura

iPhone 11 üçün batareyalı telefon üzlüyü təqdim edildi

Hər il olduğu kimi “Apple” bu il də yeni “iPhone” modellərini təqdim etdi, ancaq aksesuarları satışa çıxarmaq üçün bir qədər gözləməyi qərara aldı. TED.az xəbər verir ki, alıcıların çoxdan gözlədiyi “iPhone 11 Smart Batareya Case” nəhayət təqdim olunub.

Təxminən 175 dollar dəyəri olan bu üzlüklər əvvəlkilərdən bir xüsusiyyəti ilə fərqlənir. Əvvəlki modellərdən fərqli olaraq, yeni üzlüklərdə kameranı işə salmağa imkan verən düyməs var. Telefon kilidlənsə də, bu düyməni sıxaraq çəkilişə başlaya bilərsiniz. Düyməni bir dəfə sıxdığınızda bir şəkil, uzun müddət sıxıb saxladıqda isə “QuickTake” videosu çəkə bilərsiniz.

 

 

Kamera bölməsindəki fərqi nəzərə almasaq üzlük dizayn baxımından əvvəlkilərdən fərqlənmir. Bu üzlükdən istifadə etdiyiniz zaman batareyanın ömrünü 50 faiz artırmış olursunuz. Üzlük həm də naqilsiz Qİ enerji yığma texnologiyasını dəstəkləyir. Bu, o deməkdir ki, naqilsiz enerji yığma cihazından istifadə edərkən eyni vaxtda həm üzlüyün, həm də telefonun batareyasını enerji ilə təmin etmək olar.

Qeyd edək ki, qara, ağ və çəhrayı rəngdə təqdim olunan üzlüklər noyabrın 25-dən satışa çıxarılacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli bəstəkarlar Müslüm Maqomayev və Üzeyir Hacıbəyov bacanaq olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR