Slimfit
  1. TEXNOLOGİYA

“iPhone” və “iPad” qurğularına hücum edən yeni virus aşkarlanıb

“iPhone” və “iPad” qurğularına hücum edən yeni virus aşkarlanıb
Sakura

“iPhone” və “iPad” qurğularına hücum edən yeni virus aşkarlanıb

“Kasperski laboratoriyası” şirkəti əvvəllər “Android” qurğu istifadəçilərini təhdid edən “Roaming Mantis” virusunun “iOS” əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğulara hücum etməyə başladığını aşkarlayıb.

ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, məlumata görə, mobil bank troyanı fişinq vasitəsilə istifadəçilərin hesab məlumatlarını oğurlayır. Qurbanlar “iPhone” və ya “iPad” qurğularından səhifəyə daxil olan zaman onlar cinayətkarlar tərəfindən istifadəçi identifikatorunun, parolun, bank kartı nömrəsinin, onun qüvvədə olma müddətinin və CVV kodunun oğurlandığı saxta sayta yönəldilir. Həmçinin zərərli proqram internet mayninqi məqsədilə “iOS” əməliyyat sistemli qurğulara hücumlara başlayıb. Məsələn, onun əsas aləti – “CoinHive” kriptovalyuta mayninqi servisidir. Onun vasitəsilə əvvəllər fərdi kompüterlər troyanlara yoluxdurulub.

Troyan yayılan zaman cinayətkarlar növbə ilə  konkret halda hansı üsulun nə qədər gəlir gətirəcəyindən asılı olaraq fişinq saytından və veb mayninq səhifəsindən istifadə edirlər.  

Bundan başqa, “Roaming Mantis” virusunda hücum və aşkarlanmadan yayınma metodları genişləndirilib. Əvvəllər “DNS” dəyişdirildikdən sonra qurbanlar “facebook.apk” və ya “chrome.apk” zərərli əlavələrinin quraşdırıldığı fırıldaqçı İP ünvanlarına yönəldilirdi. Bu yaxınlarda isə kibercinayətkarlar tərəfindən “facebook.apk” əlavəsi “sagawa.apk” proqramı ilə əvəzlənib və onun yayılması üçün SMS-bildiriş göndərən istifadəçinin nömrələrinin dəyişdirilməsinə əsaslanan icarəyə götürülmüş “spoofing” xidmətinin tətbiqinə başlanılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kosmik stansiya öz çəkisində olan qızıldan 30 dəfə bahadır.

Redaktor seçimi

SON XƏBƏRLƏR