Slimfit
  1. AZƏRBAYCAN

İqbal Ağazadənin seçicilərlə növbəti görüşü keçirilib

İqbal Ağazadənin seçicilərlə növbəti görüşü keçirilib
Sakura

İqbal Ağazadənin seçicilərlə növbəti görüşü keçirilib

Ümid Partiyasının sədri İqbal Ağazadənin Gəncə Prospektində növbəti görüşü olub. 

Deputatlığa namizədin seçki qərargahından APA-ya daxil olan xəbərə görə, 35 saylı Xətai üçüncü Seçki Dairəsindən deputatlığa namizəd, Ümid Partiyasının sədri İqbal Ağazadə növbəti görüşünü yenə də Gəncə Prospektinin sakinləri ilə keçirib. 

Gəncə prospekti 65 ünvanında yaşayan seçicilər qarşısında çıxış edən namizəd seçicillərin problemlərindən danışıb, onların həlli yollarını ifadə edib.

Deputatlığa namizəd İ.Ağazadə qeyd edib ki: “Məhəllə problemlərini bilirəm və həlli üçün əlimdən nə gəlirsə, edəcəm. Eyni zamanda ümumölkə problemlərinin, Qarabağımızın işğaldan azad edilməsi üçün bütün varlığımla mübarizə aparacam”.

Sonda İ.Ağazadə sakinləri bir-bir dinləyərək onların suallarını cavablandırdı. Sakinlər isə onu dəstəklədiklərini ifadə edərək seçkidə məhz ona səs verəcəklərini bildiriblər.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Axan bir çayın kənarında olsanız belə, suyu israf etməyin" Məhəmməd peyğəmbər Avstraliyada suların üzərində yazılıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR