Slimfit
  1. AZƏRBAYCAN

İqtisadçı ekspert: “Konvensiya Azərbaycana Xəzərdə süni adalar yaratmağa imkan verir”

İqtisadçı ekspert: “Konvensiya Azərbaycana Xəzərdə süni adalar yaratmağa imkan verir”
Sakura

İqtisadçı ekspert: “Konvensiya Azərbaycana Xəzərdə süni adalar yaratmağa imkan verir”

“Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzər hövzəsi dövlətlərinin prezidentləri “Xəzərin hüquq statusu haqqında Konvensiya” imzalayıb. Bu sənədlə Azərbaycanın qərb sərhədlərinin hüquqları, eləcə də Xəzəryanı dövlətlər arasında daxili və ərazi sularının delimitasiyası (xəritədə qeyd olunmaqla dövlət sərhədinin razılaşdırılmasıi) müəyyənləşdirilib. Əslində 5 gün əvvəl 25 ilin müzakirəsindən keçərək razılaşdırılan Konvensiya yalnız hüquqi baxımdan deyil, həm də ictimai nöqteyi-nəzərdən əhəmiyyətlidir”.

Publika.az
xəbər verir ki, bu barədə iqtisadçı ekspert Qubad İbadoğlu deyib.

Onun sözlərinə görə, Konvensiyanın 22-ci maddəsində qeyd olunur ki, ölkədaxili prosedurlara uyğun olaraq Konvensiya üzv dövlətlərin ratifikasiyasına təqdim olunmalıdır:

“Bu sənədlə Azərbaycanın qərb sərhədlərinin hüquqları, eləcə də Xəzəryanı dövlətlər arasında daxili və ərazi sularının delimitasiyası (xəritədə qeyd olunmaqla dövlət sərhədinin razılaşdırılması) müəyyənləşdirilib. Xəzər dənizinin su sahəsi daxili sulara, ərazi sularına, balıqçılıq sahələrinə və ümumi su sahəsinə ayrılır. Bu Konvensiya yalnız su sahəsindən istifadə normalarına aydınlıq gətirir. Belə ki, hər bir dövlətə 15 mil və ya 24 km ərazi sularından sərbəst istifadəyə, eləcə də ərazi sularına bitişik olan 10 mil və ya 16 km sahədə balıqçılıq zonasını yaratmağa hüquq verir. Yəni, Azərbaycan bütövlükdə Xəzər dənizinin sahildən 40 km-ə qədər olan ərazi sularında müstəsna hüquqa malikdir. Sektor daxilində Azərbaycan süni adalar, qurğular, dənizaltı kabellər və boru kəmərləri çəkə, həmin sularda balıqçılıq sənayesi yarada bilər. Sektordan kənar ərazidə bütün məsələlər isə beynəlxalq hüquq prinsipləri və normalarını nəzərə alınmaqla yalnız sahil dövlətlərinin öz aralarındakı razılaşma əsasında tənzimlənir”, - deyə o bildirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanlı rəssam Faiq Əhmədin yaratdığı müasir xalçalar artıq dünyada tanınır. Bu şəkili Fransanın "Creapills" xəbər portalı paylaşıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR