Slimfit
  1. İQTİSADİYYAT

İqtisadiyyat Nazirliyindən sahibkarlıq subyektlərinə MÜRACİƏT

İqtisadiyyat Nazirliyindən sahibkarlıq subyektlərinə MÜRACİƏT
Sakura
:0

İqtisadiyyat Nazirliyindən sahibkarlıq subyektlərinə MÜRACİƏT

İqtisadiyyat Nazirliyi maliyyə dəstəyinin göstərilməsi ilə bağlı bir sıra sahibkarlıq subyektlərinə müraciət edib.

Ens.az xəbər verir ki, nazirlikdən Modern.az-a bildirilib ki, koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi ilə bağlı proqramın icrası davam etdirilir.

Maliyyə dəstəyindən yararlanmaq üçün müəyyən olunmuş meyarlara cavab verən vergi ödəyicilərinin İnternet Vergi İdarəsində mövcud olan şəxsi elektron kabinetlərinə Bildirişlərin və mobil telefonlarına SMS-lərin göndərilməsinə baxmayaraq bir sıra sahibkarlıq subyektləri tərəfindən hələ də müraciət daxil olmayıb.

Proqramın yaxın vaxtlarda başa çatacağını nəzərə alaraq, Nazirliyə müraciət etməmiş vergi ödəyicilərinin onların şəxsi elektron kabinetlərində yaradılmış “Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı” bölməsindən elektron formada İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətinə müraciət etmələri xahiş olunur.

 

 

 

 

 

 

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qaçaq Nəbinin çəkilmiş yeganə şəkli, 1895-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR