Slimfit
  1. DÜNYA

İran xəstəxanaya hücum etdi - Netanyahudan İsrail ordusuna ƏMR

İran xəstəxanaya hücum etdi - Netanyahudan İsrail ordusuna ƏMR
Sakura

İran xəstəxanaya hücum etdi - Netanyahudan İsrail ordusuna ƏMR

İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, İran Beyr-Şeva şəhərindəki Soroka xəstəxanasını və mülki əhalini hədəfə alan raket hücumlarına görə cavab verəcək.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki,  bu barədə o, "X" sosial şəbəkə hesabında paylaşımında bəyan edib.

"Biz Tehrandakı tiranlara bunun əvəzini tam ödədəcəyik", - deyə Netanyahu qeyd edib.

İsrail mediasının məlumatına görə, ölkənin müdafiə naziri Yoav Kaats da bununla bağlı bəyanat verib:

"Baş nazir və mən İsrail Müdafiə Ordusuna (SAXAL) İranda strateji hədəflərə və Tehrandakı hökumət obyektlərinə qarşı hücumların intensivliyini artırmaq göstərişi vermişik", - deyə o vurğulayıb.

Xatırladaq ki, bu gün səhər İran İsrailə təxminən 20 raket atıb. Onlardan bəziləri Təl-Əviv və onun ətrafındakı yaşayış məntəqələrinə düşüb. Raketlərdən biri İsrailin cənubundakı Beyr-Şeva şəhərində yerləşən "Soroka" xəstəxanasına dəyib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xınalıq

Redaktor seçimi

SON XƏBƏRLƏR