Slimfit
  1. AZƏRBAYCAN

İrana qarşı sanksiyaların Bakıya təsiri olacaq?

İrana qarşı sanksiyaların Bakıya təsiri olacaq?
Sakura

İrana qarşı sanksiyaların Bakıya təsiri olacaq?

ABŞ-ın yeni sanksiyaları İran iqtisadiyyatına mənfi təsir göstərəcək.

Bu sözləri Axar.az-a ABŞ-ın İrana qarşı yeni ikimərhələli embarqo qərarının işə düşməsi ilə bağlı danışan iqtisadçı alim Vüqar Bayramov deyib. Ekspert bildirib ki, İrana qarşı embarqoların yeni mərhələsində daha dərinləşdirilmiş sanksiyaların tətbiqi həyata keçiriləcək:

“Bu da nəticə etibarilə Tehrana qarşı kəskin sanksiyaların işə düşməsi anlamına gəlir. Belə ki, söhbət bank hesablaşmalarına qadağaların müəyyənləşdirilməsi, xüsusən də ABŞ dolları ilə hesablaşmaların qadağan edilməsi və neft satışına qadağaların tətbiq edilməsindən gedir. Eyni zamanda, ABŞ noyabrdan Tehranla xarici ticarətdə əməkdaşlıq edən ölkələrin bu əməkdaşlığı dayandırmasını istəyir. Nəticə etibarilə bura həm də neftin ixracatı daxildir. O üzdən ABŞ-ın yeni sanksiyaları İran iqtisadiyyatına mənfi göstərəcək. Bu artıq birmənalı şəkildə özünü göstərməkdədir. Belə ki bir müddət öncə İran milli valyutasının dəyərsizləşməsi müşahidə olundu, həmçinin İranın xarici banklarla əməkdaşlığında ciddi problemlər var və artıq İrandan xarici banklara vəsaitlərin köçürülməsi və əməliyyatların aparılması praktik olaraq dayanıb. Bu da təbii ki, İran iş adamlarının idxal-ixrac imkanlarına ciddi şəkildə neqativ təsir göstərir”.

İqtisadçı qeyd edib ki, İran iqtisadiyyatı sanksiyalardan uduzan tərəf olacaq:

“Təbii ki, ABŞ hegemon və iqtisadi gücünə görə dünyada aparıcı ölkədir. ABŞ-la münasibətlərin bu sistemdə gərginləşməsi nəticə etibarilə İran üçün iqtisadi və siyasi baxımdan arzuolunan deyil. Güman olunur ki, sanksiyalar İran milli valyutasının növbəti mərhələdə də dəyərsizləşməsinə gətirib çıxaracaq. Çünki İrana daxil olan valyutanın həcmində kəskin azalmalar müşahidə edilir. Bu proses qarşıda da davam edəcək”.

Ekspert bildirib ki, İrana qarşı sanksiyaların Azərbaycana ikitərəfli təsir edəcəyi gözlənilir:

“Birincisi, Azərbaycan neft ölkəsidir və güman olunur ki, indiki məqamda sanksiyalar İranın dünya bazarına gündəlik olaraq 1 milyon barrel az neft çıxarmasına gətirib çıxaracaq. Bu da sözsüz ki, bazara təsir göstərən faktorlardandır. Əgər OPEK həmin payı kompensasiya edə bilməsə, bu neftin dünya bazar qiymətində artımlara səbəb ola və ən azı neftin mövcud qiymətinin qorunub saxlanılmasına gətirib çıxara bilər. Azərbaycanın ixracının 90 faizini neft və neft məhsulları təşkil etdiyini nəzərə alsaq, bu, ölkəyə daxil olan valyutanın həcminin artmasına səbəb ola bilər. Eyni zamanda, Azərbaycanla İran arasında əməkdaşlığın son illər güclənməsi müşahidə olunur. Sanksiyaların birgə layihələr, avtomobil zavodunun qurulması və birgə dərman istehsalı müəssisələrinin formalaşmasına təsir edəcəyi gözlənilmir. Sözügedən müəssisələr fəaliyyətini davam etdirəcək. İkincisi, Azərbaycanla İran arasında ticarət dövriyyəsi təxminən 300 milyon dollardır. Yəni İranla ticarət dövriyyəmiz böyük olmadığından təsirlər nisbətən marjinal olacaq. Bir tərəfdən Rusiyaya, digər tərəfdən isə İrana qarşı sanksiyalar nəticə etibarilə Xəzər dənizi vasitəsilə Azərbaycan üzərindən daşınan yüklərin həcmini artıra bilər. Bu fonda Şərq-Qərb nəqliyyat dəhlizi daha cəlbedici olacaq. Bütövlükdə isə İrana qarşı tətbiq edilən sanksiyalar Azərbaycan iqtisadiyyatına ciddi təsir göstərməyəcək”.

Qeyd edək ki, avqustun 6-da, bazar ertəsi ABŞ İrana yeni ikimərhələli embarqoya başlayacaq.

ABŞ İrana qarşı tətbiq olunan embarqoya dair iki mərhələli yeni qərarın ilk mərhələsinə start verəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kapri, İtaliya

Redaktor seçimi

SON XƏBƏRLƏR