Slimfit
  1. İQTİSADİYYAT

İş adamları üçün yenilik cəriməyə səbəb olan 270 günlük müddət artırılır

İş adamları üçün yenilik  cəriməyə səbəb olan 270 günlük müddət artırılır
Sakura

İş adamları üçün yenilik cəriməyə səbəb olan 270 günlük müddət artırılır

Azərbaycanda xarici ölkələrlə əməliyyatlar aparan şirkətlər üçün əsas problemə çevrilmiş 270 gün müddətindən xaricdən alınan malın gətirilməməsi və ya ödənilən vəsaitin qaytarılmamasına görə cərimələrlə bağlı dəyişiklik gözlənilir. Bu barədə FED.az-a biznes sektordan bildiriblər.   

Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü bəndinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə (hazırda 270 gün təşkil edir) müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Burada nəzərdə tutulan 270 günlük müddət Azərbayan Mərkəzi Bankının təsdiqlədiyi «Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri‐rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları»nda müəyyən edilib.

Həmin qaydalara görə, nəzərdə tutulan müddətdə göstərilən mal idxal edilməyəndə, ödənilmiş məbləğ geri qaytarılmalıdır. Bu baş vermədikdə isə Maliyyə Bazarlarına Nəzarət Palatası məhkəməyə müraciət etməklə şirkətin cərimələnməsinə nail olur.

FED.az-ın əldə etdiyi məlumatlara görə, sözügedən qaydalar indiyədək yüzlərlə şirkətin cərimələnməsinə səbəb olub. Bununla yanaşı, yerli şirkətlər bildirirlər ki, qaydalarla müəyyən edilən müddət – 270 gün bu əməliyyatı aparmağa kifayət etmir. Qarşı tərəflə yazışmalar, əməliyyatın rəsmiləşdirilməsi, logistikası və ölkəyə çatdıqdan sonra rəsmi qurumlara verilmək üçün sənədlərin tərtibi həddən artıq vaxt aparır.

Bəzən elə hal yaranır ki, sifariş edilən mal və ya avadanlıq faktiki olaraq ölkədə olduğu halda, onun sənədləşdirilməsi çox vaxt apardığından şirkət bu əməliyyata görə cərimə edilir.

Bununla bağlı şirkətlərin narazılığı və şikayətləri artıdığından müvafiq dövlət qurumları qaydalara dəyişiklik üzərində işləyirlər.

FED.azı-n əldə etdiyi məlumata görə, artıq 270 günlük müddətin dəyişdirilməsi və daha uzun müddətlə əvəz olunması dəqiqləşib. Bundan başqa, fərqli layihələrə fərqli müddətlər və şərtlər tətbiq ediləcək. Belə ki, hazırda 9 ay təşkil edən müddət, yeniliklərdən sonra müxtəlif layihələr üçün 2 ilədək müddət nəzərdə tutulacaq. Eləcədə bəzi layihələrin müddətinin uzun olması halında prosesin nə qədər şəffaf keçirildiyini yoxlamaq üçün ekspertiza da təyin ediləcək. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1003 Xocalı sakinini esirlikden xilas eden, Azerbaycanın Milli Qehremanı Allahverdi Bağırov.

Redaktor seçimi

SON XƏBƏRLƏR