Slimfit
  1. PSİXOLOGİYA

İş və işsizlik sizə necə təsir göstərir

İş və işsizlik sizə necə təsir göstərir
Sakura

İş və işsizlik sizə necə təsir göstərir

Bu gün biz iş və işsizlik barədə danışacağıq, onların bizin psixikamıza necə təsir göstərdiyini aydınlaşdıracağıq.

İş nədir?

İş insanın dəyərlərinin yaradılması, özünün və ya başqalarının tələbatlarını ödəməyə istiqamətlənmiş fəaliyyətidir. Biz isə bilirik ki, dəyərlər tələbatlar kimi təkcə material olmur. Buna görə də iş təkcə gəlir mənbəyi deyil, həm də özünü təsdiqləmə üsuludur. Bu zaman bir sual yaranır: “Valideyn, ər, arvad olmaq necə işdirmi?” Cavab birmənalıdır: “Bəli”

Biz əmək fəaliyyətindən danışanda çox vaxt peşəni (insanın əmək fəaliyyəti forması, adətən onun mövcudluğunun mənbəyi) nəzərdə tuturuq.

Hobbi və ya həvəs - insanın sevdiyi və boş vaxtında sevinclə məşğul olmağa hazır olduğudur. Həvəs stress və qəzəblə mübarizədə yaxşı üsuldur.

İş nə üçün lazımdır?

Məqsədyönlü fəaliyyətin olması insan beyninə müsbət təsir göstərir, aşağıdakı hisslər yaranır:

  1. “Məqsəd” hissi - həyat məna əldə edir.
  2. “Rifah” hissi.
  3. “Müstəqillik” hissi.
  4. Özünü təsdiqləmə imkanı.

İş və psixi pozğunluq

İşsizlik təkcə insanın rifah səviyyəsinə aid deyil, həm də onun şəxsiyyətinə təsir göstərir. İşi itirəndən bir müddət sonra insan sərt, daha bağlı və intellektual cəhətdən daha az müstəqil olur. Məlum olduğu kimi, sevimli işi itirmək insana boşanma və ya partnyorun ölümündan daha çox təsir göstərir. Amma yaxşı xəbər də var: bu dəyişiklikləri geri qaytarmaq mümkündür. Avropada işsiz və işi saxlamağa əmin olmayan insanlar çox vaxt psixoloji problemlərlə bağlı professional dəstək üçün müraciət edirlər.

Profilaktika:

  • Ən əsası peşəyönümlülükdür. İnsan həyatda nə ilə məşğul olmaq istədiyini bilməyi və bu qabiliyyətin onda olub-olmamasını anlamasıdır. Bu zaman iş peşəyə çevrilə bilər.
  • Bu sahədə inkişaf etməyə çalışmaq və rəqabətədözümlü olmaq.
  • İş və istirahət rejimi təşkil etmək.

Əməksevərlik - məqsədə çatmaq yolu deyil, reallıqdan qaçmaqdır! Bunu unutmamaq lazımdır.

 

Mənbə: Obozrevatel.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanda doğulanda 300 sümük olur, böyüyəndə isə 206-sı qalır

Redaktor seçimi

SON XƏBƏRLƏR