
Dərc edildi: Baxış sayı: 299
İsrail İranın dörd bölgəsinə zərbələr endirib
İsrail Hərbi Hava Qüvvələri İranın dörd müxtəlif bölgəsində eyni vaxtda reaktiv yaylım atəşi sistemləri, pilotsuz təyyarələr və hərbi hədəflərə hücum edib.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki,bu barədə İsrail Müdafiə Qüvvələri (SAXAL) məlumat yayıb.
"SAXAL eyni vaxtda dörd ərazidə - İsfahan, Buşəhr, Əhvaz və ilk dəfə Yəzd bölgəsində reaktiv yaylım atəşi sistemləri və pilotsuz təyyarələrə hücum edib", - məlumatda deyilir.
Mətbuat xidməti əlavə edib ki, 30 döyüş təyyarəsi 60-dan çox sursatdan istifadə etməklə İran ərazisində onlarla hərbi obyektə hücum edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət