1. MARAQLI

İşsiz amerikalı lotereyada 273 milyon dollar uddu

İşsiz amerikalı lotereyada 273 milyon dollar uddu

İşsiz amerikalı lotereyada 273 milyon dollar uddu

ABŞ-ın Nyu-Cersi ştatının işsiz sakini lotereyada 273 milyon dollar udub. Bu barədə ABC telekanalı xəbər verib.

Qalib bildirib ki, o, lotereya biletini 10 dollara alıb və bileti mağazada unudub. Növbəti gün mağazaya qayıtdıqda satıcının onun biletini saxlamasına təəccüblənib. Satıcı lotereyanı yenidən alıcıya qaytarıb.

"Bu uduş, hər şeyi dəyişdirəcək, çünki mən işsiz idim. Birincisi, yeni pikap alacam. Mən uzun müddət onu arzulayırdım", - deyə qalib bildirb. O, əlavə edib ki, ailəsi səyahətə yollanmaq istəyir. Qalib həm də həmin pulla anasına avtomobil alacaq.

O, etiraf edib ki, uduşdan əvvəl ailəsini dolandıran həyat yoldaşından ayrılıb. Boşanmadan sonra iş tapmağa çalışsa da, buna müvəffəq olmayıb. Son illər pullarını lotereya biletlərinə xərcləyib.

 

Mənbə: Demokrat.az

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.