Slimfit
  1. TÜRKİYƏ

İstanbulda bələdiyyə seçkiləri başa çatıb — Səslərin hesablanmasına başlanılıb

İstanbulda bələdiyyə seçkiləri başa çatıb — Səslərin hesablanmasına başlanılıb
Sakura

Türkiyədə martın 31-də keçirilmiş bələdiyyə seçkilərindən sonra ölkənin Mərkəzi Seçki Komissiyası (YSK)…

"Ölkə.Az" Türkiyə mediasına istinadən bildirir ki, Bakı vaxtı ilə saat 9:00-da başlayab seçkilər 18:00-da sana çatıb.

Seçki məntəqələrində gün ərzində 10 milyon 560 min 963 seçici səs verib və seçicilərin aktivliyi müşahidə olunub.

Seçkilərdə gərgin mübarizə namizədlər - Ədalət və İnkişaf Partiyasından (AKP) Binəli Yıldırım və Cumhuriyyət Xalq Partiyasından (CHP) Əkrəm İmamoğlu arasında baş tutub.

Prezident Rəcəp Tayyib Ərdoğan İstanbula, Səffat Çəbi orta məktəbinə gələrək, səsvermədə iştirak edib və seçicilərlə görüşüb. O, nəticələrin İstanbul və sakinlər üçün xeyirli olmasını arzulayıb.

Səsvermə müddətində bütün təbliğat işləri qadağan olunduğu üçün seçiçilər səs verdikləri məntəqələrin girişində mobil telefonları nəzarətçilərə təqdim ediblər. Seçki mətəqələrində vətəndaşlara foto və video çəkilişi qadağan olunub. İstanbulun ucqar nöqtələrindən səsvermədə iştirak etmək üçün gələn vətəndaşlara xüsusi avtomobillər ayrılıb. Şəhər polisinin 51 min əməkdaşı seçicilərin təhlükəsizliyini təmin etmək üçün səsfərbər olunub.

Qeyd edək ki, artıq bülletenlərin sayılmasına başlanılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncənin keçmiş Sabir küçəsindən görüntü. 19-cu əsrin arxivindən fotosənəd.

Redaktor seçimi

SON XƏBƏRLƏR