Slimfit
  1. SİYASƏT

İstanbulun 3 körpüsü Azərbaycan Bayrağının rənglərinə uyğun işıqlandırılıb

İstanbulun 3 körpüsü Azərbaycan Bayrağının rənglərinə uyğun işıqlandırılıb
Sakura

İstanbulun 3 körpüsü Azərbaycan Bayrağının rənglərinə uyğun işıqlandırılıb

Azərbaycan Demokratik Respublikasının 102-ci ildönümü münasibətilə İstanbulda 3 körpü Azərbaycan Bayrağının rənglərinə uyğun olaraq işıqlandırılıb.

Ens.az xəbər verir ki, Azərbaycanın İstanbuldakı Baş Konsulu Məsim Hacıyev APA-nın yerli bürosuna bildirib ki, 15 Temmuz Şəhidlər, Fatih Sultan Mehmet və Yavuz Sultan Selim körpülərində Azərbaycan Bayrağının rənglərilə işıqlandırmadan dənizdə əks olunan rəngarəng mənzərə şəhər sakinlərində xoş ovqat yaradıb.

M.Hacıyev bildirib ki, Azərbaycanın əlamətdar günlərinə Türkiyə tərəfdən hər zaman diqqət göstərilir. Baş Konsul bu addıma görə İstanbul valiliyi və Avtomobil Yolları Baş İdarəsinə təşəkkür edib.

Qeyd edək ki, İstanbulun Taksim meydanında “Galata qülləsi” də ilk dəfədir ki, Azərbaycan Bayrağının rəngində işıqlandırılıb.

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məcburi köçə məruz qalan Bolqar Türklərinin qatardan çıxış anı 1989-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR