6 aprel 2020, bazar ertəsi
.
.
chevron_left chevron_right
FAYDALI MƏSLƏHƏTLƏR

İstənilən vəziyyətdə 2 dəqiqəyə necə yatmaq olar? - Hərbçi pilotların metodu

İstənilən vəziyyətdə 2 dəqiqəyə necə yatmaq olar? - Hərbçi pilotların metodu

622 Baxış
İstənilən vəziyyətdə 2 dəqiqəyə necə yatmaq olar? - Hərbçi pilotların metodu

Hər vaxtın xeyir, hörmətli oxucu!

Güman ki, səni bu məqaləyə baxmağa vadar edən sənin də mənim kimi, yatmağa çalışan, amma yataqda uzun müddət o tərəf bu tərəfə çevrilən insan tipinə aid olmağındır.

Mən həmişə öz yoldaşıma paxıllıq edirdim. O başını yastığa qoyan kimi dərhal yuxuya gedirdi, mən isə yuxulamaq üçün bir neçə saat əzab çəkirdim.

Yuxu - bu bizim təbii dərmanımızdır. Yalnız yuxu zamanı biz həqiqətən dincəlirik, əzələlərimiz rahatlaşır, orqanizm bu zaman öz gücünü bərpa edir, ona görə tam yuxu almaq sağlamlıq üçün çox əhəmiyyətlidir.

Bəzi məlumatlara görə bir qədər sonra danışacağım yatma üsulu hərbçilər tərəfindən hazırlanmışdı ki, əsgərlər istənilən vəziyyətdə - hərbi vəziyyətdə yüksək səs-küy şəraitində belə dincələ bilsinlər. Doyunca yatmış əsgər - istirahət etmiş güclü əsgərdir və demək daha məhsuldardır.

İki dəqiqə ərzində yatmaq mümkündür, mən öz üzərimdə bu metodikanı yoxladım və işlədi. Beləliklə, hər şeyi bəndlər üzrə təsvir edəcəyəm:

- Maksimal rahatlamaq lazımdır. Bədənin bütün hissələrini relax vəziyyətinə gətirin, hətta çənəni və dili də. Çiyinləri aşağı salmaq, əlləri boş buraxmaq. Sakit nəfəs almaq. Bədənin aşağı hissəsini tədricən rahat hala gətirmək- yuxarıdan aşağıya ayaq barmaqlarının uclarına qədər. Növbəti addım beynimizi rahat buraxmaqdır. Bütün fikirləri qovmaq üçün ixtiyarınızda 10 saniyə var, heç nə haqda düşünməyin.

- Özünüzü belə bir mənzərəyə kökləyin : sakit gözəl bir gölün ortasında qayıqda uzanmısınız və mavi səmaya baxırsınız. Bu obrazı başqasıyla da əvəz etmək olar: dərin qaranlıq və sakitlik olan bir otaqda yumşaq, rahat divanda uzanmısınız. Əgər sizdə də mənim kimi fantaziya elə də yaxşı deyilsə, onda sadəcə özünüzə bunu deməyə başlayın: " düşünmə, düşünmə, düşünmə."

Bax belə sadə, ancaq təsirli metodika. Məndə alındı və indi asanlıqla yuxuya gedirəm. Çeşidli mənbələrə inansaq, onda bu metod təxminən 95% insanda işləyir. Ancaq hamıda birinci dəfədən alınmaya bilər, bir çoxlarına alışmaq üçün vaxt lazımdır


Müəllif: Fəxri Qocayev


Mənbə: Polza




Diqqət! Ens.az saytına məxsus materiallardan istifadə edərkən hiperlinklə istinad edilməlidir. Mətndə səhv tapdıqda, onu seçib ctrl + enter düyməsini basaraq bizə göndərməyinizi xahiş edirik.


Android ƏS olan smartfonunuz varsa, xəbərləri daha rahat oxumaq üçün bu linkə keçərək Play Store mağazasından Ens.az proqramını endirib quraşdıra bilərsiniz.


VİDEO QALEREYA
Şirvan Bico xalçası, Kanada Tekstil Muzeyinde saxlanılır.
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ

FAM Group Media X