Ens.az
20 noyabr 2019, çərşənbə
.
.
chevron_left chevron_right
AZƏRBAYCAN

İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb

İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb

31 Baxış
İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti istirahət günlərində - noyabrın 9-10-da səyahətə çıxanlar üçün hava proqnozunu açıqlayıb.

Departamentdən AZƏRTAC-a verilən xəbərə görə, Böyük və Kiçik Qafqaz bölgəsində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Havanın temperaturunun dağətəyi rayonlarda 16-21°, dağlıq rayonlarda 13-18° isti olacağı proqnozlaşdırılır.

Lənkəran-Astara bölgəsində havanın əsasən yağmursuz keçəcəyi, səhər dağlarda duman olacağı gözlənilir. Havanın maksimal temperaturu 16-21°, dağlıq rayonlarda 15-19° isti olacaq.

Qazax-Gəncə zonasında hava şəraiti əsasən yağmursuz keçəcək. Havanın maksimal temperaturunun 17-22° isti olacağı bildirilir.

Aran rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə zəif duman olacaq. Havanın maksimal temperaturunun 18-23° isti olacağı ehtimal edilir.

Naxçıvan Muxtar Respublikasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi ehtimalı var. Havanın maksimal temperaturunun 16-21° isti olacağı gözlənilir.

Paytaxtda isə hava əsasən yağmursuz keçəcək. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gündüz 17-21° isti olacağı ehtimalı var.

 





Diqqət! Ens.az saytına məxsus materiallardan istifadə edərkən hiperlinklə istinad edilməlidir. Mətndə səhv tapdıqda, onu seçib ctrl + enter düyməsini basaraq bizə göndərməyinizi xahiş edirik.


Android ƏS olan smartfonunuz varsa, xəbərləri daha rahat oxumaq üçün bu linkə keçərək Play Store mağazasından Ens.az proqramını endirib quraşdıra bilərsiniz.


VİDEO QALEREYA
Ko Pxi Pxi Don, Tailand
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ

X