Slimfit
  1. DÜNYA

İsveçrə 5G şəbəkəsinin bir addımlığında

İsveçrə 5G şəbəkəsinin bir addımlığında
Sakura

Avropanın ən innovativ ölkələri sırasında yer alan İsveçrə beşinci nəsil (5G) mobil rabitə şəbəkəsini…

Avropanın ən innovativ ölkələri sırasında yer alan İsveçrə beşinci nəsil (5G) mobil rabitə şəbəkəsini işə salmağa hazırlaşır.

Metbuat.az “Neue Zürcher Zeitung” qəzetinə istinadla xəbər verir ki, bu ilin fevral ayı ərzində yeni nəsil mobil rabitə şəbəkəsi üçün bütün dalğalar artıq tender vasitəsilə satışa çıxarılıb və ölkənin aparıcı mobil operatorları tezliklə müştərilərə ilkin təkliflər təqdim edəcəklər.

Ölkənin əsas mobil operatorlarından biri olan “Sunrise” şirkəti artıq martın sonundan etibarən ölkənin 150 şəhər və qəsəbəsini 5G şəbəkəsi ilə təmin etməyi planlaşdırır. Hələ 2017-ci ildə ilk 5G test şəbəkələrini quran şirkət artıq öz şəbəkəsini tam işə salmaq ərəfəsindədir. Digər yerli mobil operatorlar da yeni mobil rabitə şəbəkəsi standartlarına keçidi tamamlamaq üzrədirlər. “Swisscom” və “Salt” şirkətləri müxtəlif tədbirlər çərçivəsində yeni texnologiyanın təqdimatını keçiriblər.

“Sunrise” şirkəti martda ev istifadəsi üçün nəzərdə tutulan routerləri 5G texnologiyası ilə satışa çıxaracaq. İl ərzində 5G texnologiyasını dəstəkləyən mobil telefon və digər cihazların müştərilərə təklif edilməsi nəzərdə tutulur. Şirkətdən, həmçinin bildirilib ki, 2021-ci ilədək 2G şəbəkəsinin istifadəsinə son qoyulacaq. Hazırda müştərilərin təxminən 5 faizi öz mobil telefonları ilə bu şəbəkənin xidmətindən istifadə edir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1916-cı il yay Olimpiya oyunlarının Berlində keçirilməsi nəzərdə tutulsa da, Birinci Dünya müharibəsi buna mane oldu.

Redaktor seçimi

SON XƏBƏRLƏR