İsveçrə qonaqpərvərlik universitetlərinin Azərbaycan turizminim inkişafına töhfəsi
İsveçrə qonaqpərvərlik universitetlərinin Azərbaycan turizminim inkişafına töhfəsi

Noyabr ayının 23-ü JW Marriott Absheron otelində Qonaqpərvərlik və Turizm üzrə dünyanın aparıcı məktəbləri – Glion və Les Roches Universitetlərində təhsilə həsr olunmuş tədbir keçiriləcək.
Trend-in məlumatına görə, kampusları İsveçrə, İspaniya, Böyük Britaniya və Çində yerləşən Glion və Les Roches Universitetləri dünya reytinqlərində ön sıralarında yerləşir: Universitetlərin hər ikisi Qonaqpərvərlik və Turizm təhsili üzrə TOP-4, işəgötürənlər arasındakı nüfüza görə isə TOP-3 daxildir.
Həm Glion Universiteti, həm də Les Roches Universitetində 2007-2015-ci illərdə Azərbaycan Gənclərinin Xarici Ölkələrdə Təhsil üzrə Dövlət Proqramı çərçivəsində 50-ə yaxın tələbə təhsil alıb. Hər iki universitetin məzunları Azərbaycanın və dünyanın aparıcı şirkətlərində işləyir.
Turizmin inkişafına yetirilən diqqət, təşkil olunan beynəlxalq idman yarışları və tədbirlər bu sahənin Azərbaycan iqtisadiyyatı və inkişafı üçün nə dərəcədə əhəmiyyətli olduğunu göstərir və yüksəkixtisaslı kadrların hazırlanmasının vacibliyini sübut edir.
Les Roches Universitetinin Direktoru cənab Karlos Diez de la Lastranın Azərbaycanın bir neçə otel və şirkətin işçiləri üçün prezentasiyaların keçirilməsi, yerli partnyorlar ilə memorandumun imzalanması planlaşdırılıb. Bu da tərəfdaşlar arasında yeni layihələrin hazırlanması, əməkdaşlar üçün treninqlərin təşkil olunması, xarici ölkələrin təcrübələrini Azərbaycanda tətbiqi üçün yeni mərhələ olacaq.
Les Roches və Glion Universitetlərinin Azərbaycanda rəsmi nümayəndəsi Prime Education Şirkəti belə tədbirlərin Azərbaycanda turizm və qonaqpərvərliyin inkişafı üçün rolunu nəzərə alaraq, gələcəkdə daha da tez-tez təşkil olacağınu qeyd edir.
Diqqət! Ens.az saytına məxsus materiallardan istifadə edərkən hiperlinklə istinad edilməlidir. Mətndə səhv tapdıqda, onu seçib ctrl + enter düyməsini basaraq bizə göndərməyinizi xahiş edirik.
Android ƏS olan smartfonunuz varsa, xəbərləri daha rahat oxumaq üçün bu linkə keçərək Play Store mağazasından Ens.az proqramını endirib quraşdıra bilərsiniz.
-
İran vətəndaşı bu il Azərbaycanda yaratdığı turizm şirkətini ləğv edir
favorite0visibility11 -
Gənc sahibkarlara güzəştli kreditlər üzrə faiz dərəcəsi 7 faizdən çox olmayacaq
favorite0visibility12 -
Heydər Əliyev Beynəlxalq Aeroportu uçuşların coğrafiyasını genişləndirir və yeni aviaşirkətləri cəlb edir
favorite0visibility10 -
Azərbaycanda fermerlərə subsidiyalar ilin əvvəlində veriləcək
favorite0visibility11
-
0
-
0
-
0
-
0
-
0
- 0 Şərh
-
Şərhi göndər
Oxşar xəbərlər
-
İran vətəndaşı bu il Azərbaycanda yaratdığı turizm şirkətini ləğv edir
10 December 2019 15:47 -
Gənc sahibkarlara güzəştli kreditlər üzrə faiz dərəcəsi 7 faizdən çox olmayacaq
10 December 2019 15:45 -
Heydər Əliyev Beynəlxalq Aeroportu uçuşların coğrafiyasını genişləndirir və yeni aviaşirkətləri cəlb edir
10 December 2019 15:43