Slimfit
  1. İDMAN

İtaliyada Tarixi stadionun sökülməsinə icazə verildi

İtaliyada Tarixi stadionun sökülməsinə icazə verildi
Sakura

İtaliyada Tarixi stadionun sökülməsinə icazə verildi

İtaliya Mədəniyyət Nazirliyi "İnter" və "Milan" klublarının ev oyunlarını keçirdiyi "San Siro" stadionunun sökülməsinə icazə verib.

"Report"un yerli mətbuata istinadən məlumatına görə, 80 min azarkeş tutumuna malik arenanın mədəni irs statusu daşımadığı məlum olub.

Klubların yeni stadionu San-Siro rayonunda inşa olunacaq.

Qeyd edək ki, "San-Siro" stadionu 1926-cı ildə açılıb. 1979-cu ildə arenanın adı dəyişdirilərək hər iki komandanın formasını geyinmiş futbolçunun şərəfinə "Cuzeppe Meatsa" olub. Mərhum hücumçu 1934 və 1938-ci il dünya çempionatlarında İtaliya yığmasının heyətində qızıl medal qazanıb. O, 1940 - 1942-ci illərdə "Milan"da, 1946 - 1947-ci illərdə "İnter"də forma geyinib.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1959

Redaktor seçimi

SON XƏBƏRLƏR