Slimfit
  1. ELM

İtlər belə bacarmır: balaca balıq özünü güzgüdə tanıması ilə bioloqları təəccübləndirdi

İtlər belə bacarmır: balaca balıq özünü güzgüdə tanıması ilə bioloqları təəccübləndirdi
Sakura

İtlər belə bacarmır: balaca balıq özünü güzgüdə tanıyaraq bioloqları təəccübləndirdi

Labroides dimidiatus növündən olan balaca tropik balıq şüuru yoxlamaq üçün klassik güzgü testindən keçən müxtəlif məməlilər və quşlarla eyni sırada dayandı. Beynəlxalq araşdırma qrupu aşkar etdi ki, insan barmağı ölçüsündə olan L. Dimidiatus balığı güzgü qarşısında özünü tanımağa qadirdir.

Bildirək ki, güzgü testi psixoloq Qordon Qallapın (kiçik) (Gordon Gallup) ötən əsrin 70-ci illərinin əvvəlində apardığı araşdırmanın bir hissəsi oldu. Mütəxəssis o zaman cavan şimpanzelərin özünü güzgüdə tanıma bacarığına sahib olub-olmadıqların müəyyən etmək istəyib. Hazırda bu heyvanlardakı şüurun əsas göstəricisi hesab edilir.

Belə test çox sadə formada aparılır: heyvan yatanda onun bədəninə boya ilə qoxusuz işarə qoyulur. İşarənin yeri elə qoyulur ki, heyvan onu ancaq güzgüdə görə bilsin. Sonra tədqiqatçılar heyvanın davranışını güzgüdə öz əksini görən zaman müşahidə edirlər.

Əgər heyvan bədənində fərqliliyi (bədəndəki işarə) hiss edirlərsə, o həmin işarəyə daha diqqətlə baxmaq üçün güzgü qarşısında fırlanır. Həmçinin o toxunma yoxlanışı edir: güzgüdə baxarkən pəncəsi ilə qoyulmuş işarəni yoxlayır.

70-ci illərin eksperimentində özünü güzgü qarşısında heç zaman görməyən bir qrup meymun güzgü qarşısındakı öz əksini əvvəlcə təhlükə kimi hesab etdi. Bir müddət sonra onların davranışı dəyişdi: onlar özlərinə baxmaq və özlərini öyrənmək üçün əkslərindən istifadə etməyə başladılar.

Alimlərin sözlərinə görə, davranışdakı belə dəyişiklikləri heyvanların şüuru kimi izah etmək olar: onların öz bədənlərinin zehni modeli onların yaxınlarından, düşmənlərindən və ya ətraf mühitin digər “element”lərindən fərqlənir.

İllər sonra şüurlu heyvanların siyahısına digər məxluqlar da əlavə olundu: delfinlər, fillər, göyərçinlər və qarğakimilər fəsiləsinin nümayəndələri.

Bundan başqa, mütəxəssislər bu siyahıya əlavə olunan digər heyvanları da müzakirə edirlər.

Məsələn: bir neçə il bundan əvvəl milçəklərin araşdırması göstərdi ki, onlar həmçinin qarşısında olan şəkli müəyyən edə bilirlər. İş zamanı manta (nəhəng dəniz iblisi) özünü güzgü qarşısında çox qəribə apardı, nəticədə alimlər güman etdilər ki, onun hərəkətlərində də şüuru seçək olar.

Təəccüblüdür, ancaq insanların sosial və ağıllı hesab etdiyi heyvanlar (itlər, pişiklər və səkkizayaqlı ilbizlər) bu sınaqların öhdəsindən gələ bilmirlər.


Hazırda Yaponiya, Almaniya və İsveçrədən olan tədqiqatçılar bir-biri ilə əməkdaşlıq edirlər ki, digər heyvanlarda şüurun olmasının daha dəqiq sübutları tapılsın.

Alimlərin dediyi kimi, bunu demək etməkdən asandır. Güzgü testinin qızıl standartı heyvanların öz orqanizmlərinin güzgüdə gördükləri yeni özəlliyə olan qeyri-adi reaksiyasına əsaslanıb.

Məsələn: əgər boya ləkəsi alında yarananda, heyvanlar ona güzgüdə baxır və əli ilə alnını silir. Beləliklə heyvanlar güzgüdəki əksin özlərinə aid olmalarını anladıqlarını nümayiş etdirirlər.

Belə hərəkət bu nişanı tanıma bacarığını tələb edir. O, həmçinin heyvandan bu nişanın onun üçün qeyri-adi olmasını anlamasını və buna göstərdiyini bacarmasını tələb edir.

Bu səbəbə görə, alimlər L. Dimidiatus növündən olan balığı da yoxlamağa (onun yaxşı görmə qabiliyyəti var) qərar verdilər. O, həmçinin başqa balıqlarda parazitləri müəyyən etmək və onları parçalamaq bacarığı ilə məşhurdur.

Mütəxəssislər on balığı güzgülü akvariumlarda yerləşdirdilər. Əvvəlcə balıqlar özlərini daha əvvəl test edilmiş ərazi heyvanları kimi apardılar: onlar səhvən öz əksinə öz ərazisində olan yad kimi hücum edirdilər.

Tezliklə onların davranışı dəyişdi, onlar dostluq əlamətilərini göstərməyə başladılar. Bir neçə gün ərzində balıq “rəqs” icra edirdi - bu növ üçün kifayət qədər qəribə davranış.

Sonra tədqiqatçılar 8 balığın başına rəngli gellə ləkə sürtdülər, onu elə sürtdülər ki, heyvanlar ləkəni ancaq güzgüdə görə bilərdilər.

Nəticədə yeddi balıq ləkəni görə biləcək mövqedə kifayət qədər vaxt keçirdilər (məlum səbəblərə görə onlar ona toxuna bilmədilər və silməyə cəhd edə bilmədilər).

Buna baxmayaraq, bütün alimlər hesab etmir ki, belə davranışı balıqların şüurla fərqləndiyinin inandırıcı sübutudur. Onların fikrində, balıqlar ləkəni öz bədənlərindəki işarə deyil, başqa balıqların dərisində parazitlər kimi nəzərdən keçirə bilərdilər.

Araşdırma nəticələri bioRxiv serverində təqdim olunub.

 

Mənbə: Vesti.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

San Fransiskoda yerləşən bir şirkətin laboratoriyada toyuq tükündən hazırladığı toyuq əti

Redaktor seçimi

SON XƏBƏRLƏR