Slimfit
  1. DÜNYA

İvanişvili Putinin tələbi ilə “Rustavi”ni bağlayır

İvanişvili Putinin tələbi ilə “Rustavi”ni bağlayır
Sakura

İvanişvili Putinin tələbi ilə “Rustavi”ni bağlayır

Bidzina İvanişvili Rustavi-2-ni Moskvanın tələbi ilə qapadır.

Axar.az xəbər verir ki, bunu Rustavi-2-nin keçmiş baş direktoru Nika Qvaramiya deyib. O, televiziya ilə onun xüsusi müqaviləsinin olduğu və yeni rəhbərliyin onunla bağlı qəbul etdiyi qərardan məhkəməyə şikayət edəcəyini, onlardan beş milyon dollar kompensasiya alacağını bildirib.

Qvaramiya bu vəsaiti yeni televiziya üçün xərcləyəcəyini də deyib:

“Rustavi-2-yə gəlincə, o, bu hökumət ölkəni idarə etdiyi zamana qədər Kibar Xalvaşiyə məxsus olacaq. Sonra isə situasiya bir anın içində dəyişəcək. Ədliyyə naziri Teya Çulukiani bu gün iki dəfə qanunu pozdu. O, elə bir temp yığıb ki, buna görə növbəti hökumət onu həbsə göndərməli olacaq. Yeni hökumət isə mütləq qərbyönlü olacaq”.

Qvaramiya Avropa Məhkəməsinin qərarının onlar üçün gözlənilməz olduğunu bildirib:

“Bundan sonra nə olacağını mən ictimaiyyətə bir müddət sonra deyəcəyəm. Ona görə ki, Avropa Məhkəməsinin qərarı elə bir səviyyədə çaşqınlıq yaratdı ki, onu şərh etmək çox çətindir. Çaşqınlıq yaradan başqa məqam Qərbdəki tərəfdaşlarımızın susqunluğudur. Biz görürük ki, nə isə dəyişir. Tamamilə aydındır ki, Lavrov və Putinin xahişi ilə İvanişvili ən nifrət etdiyi televiziyanı qapatdı. O, bu ölkədə Rustavi-2 qədər heç nəyə nifrət etmir”.

Qeyd edək ki, televiziya ilə imzaladığı müqaviləyə əsasən, Qvaramiya 2020-ci ilə qədər baş direktor vəzifəsində qalmalıdır. Müqavilədə həmçinin onun pozulacağı təqdirdə yaranan mübahisənin yalnız London Arbitraj Məhkəməsində həllinin mümkünlüyü əks etdirilib.

Bununla belə müqavilənin pozulması halında televiziya rəhbərliyi Qvaramiyaya 5 milyon dollar kompensasiya vermək öhdəliyi də götürüb.

Rustavi-2-də Putin ağır ifadələrlə təhqir olunduqdan sonra bu kanal gündəmi zəbt edib.

Avropa Məhkəməsi Rustavi-2 televiziyasının İvanişviliyə yaxınlığı ilə seçilən biznesmen Kibar Xalvaşiyə qaytarılması haqqında qərar qəbul edib. Qərardan dərhal sonra Xalvaşi Nika Qvaramiyanı Saakaşvili rejiminin davamçısı adlandıraraq, onunla heç bir halda çalışmayacağını bildirmiş və bu vəzifəni vəkili Paata Saliyaya həvalə etmişdi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Curiosity yeni ərazi üzərində (06.03.2019)

Redaktor seçimi

SON XƏBƏRLƏR