Slimfit
  1. AVTO VƏ MOTO

KAMA AVTOMOBİL ZAVODU

KAMA AVTOMOBİL ZAVODU
Sakura

13 dekabr 1969-cu ildə ekskavatorçu Mixail Noskov Kamada gələcək avtomobil nəhənginin sənaye meydançasında…

"KamAZ" İctimai Səhmdar Cəmiyyəti (tat. "KamAZ" ачык акционерлык җәмгыяте), (Kama Avtomobil Zavodu) 1976-cı ildən bəri fəaliyyət göstərən, dizel yük maşınları və dizel istehsal edən Rusiya şirkətidir. Həmçinin avtobuslar, traktorlar, kombaynlar, enerji istehsal edən qurğular, istilik mini elektrik stansiyaları və komponentləri istehsal edir. Əsas istehsal Naberejnıe Çelnı şəhərində yerləşir.
PLANLAŞDIRMA
1960-cı illərdə SSRİ iqtisadiyyatı, xüsusən qənaətcil dizel mühərriki ilə yükləmə qabiliyyəti 8-dən 20 tonadək olan müasir tipyük avtomobilləri parkını genişləndirməyə ehtiyac duydu. Mövcud avtomobil zavodları bu ehtiyacı ödəyə bilmirdi.
1969-cu ilin avqust ayında Sov.İKP Mərkəzi Komitəsi və SSRİ Nazirlər Soveti "Tatar Muxtar Sovet Sosialist Respublikasının Naberejnıe Çelnı şəhərində avtomobil zavodları kompleksinin tikilməsi haqqında" 1969-cu il 14 avqust tarixli 674 nömrəli qərarı da daxil olmaqla bir çox sənəd qəbul etdi. Zavodların yalnız ağır nəqliyyat vasitələrinin istehsalında ixtisaslaşması lazım idi. Şəhərin bu yerdə yerləşməsi zavodların inşası üçün uyğun idi - ölkənin mərkəzində, Kama və Volqa çaylarında gəmi nəqliyyatının olması, dəmir yolunun yaxınlığı gələcək avtomobil nəhəngini tikinti materialları, xammal, avadanlıq və dəstləşdiricilərlə təmin etməyə imkan verdi. İlkin layihəyə görə, ildə 150 min ağır nəqliyyat vasitəsi və 250 min mühərrik istehsal ediləcəkdi.
ZAVODUN VƏ ŞƏHƏRİN TİKİNTİSİ
Artıq 13 dekabr 1969-cu ildə ekskavatorçu Mixail Noskov Kamada gələcək avtomobil nəhənginin sənaye meydançasında ilk çömçə torpağı çıxardı.
 
Zavodlar kompleksinin inşası tempi artdı. 70-ci illərin əvvəllərində KamAZ zərbəçi komsomol tikintisi elan edildi. 1970-1981-ci illərdə 4,2 milyard rubl dəyərində kapital qoyuluşları xərclənmişdir. (tikinti-quraşdırma işləri üçün - 1,8 milyard rubl daxil olmaqla) və 3,9 milyard rubl həcmində əsas istehsal vasitələri təqdim edilmişdir(bunlar ZIL, QAZ, VAZ-dakı dəyərlərə bərabərdir).
Kompleksin bina və qurğularının ümumi genişləndirilmiş sahəsi 3343 min m² (1 yanvar 1991-ci il tarixinə 3826 min m² və ya layihənin 81%-i tamamlandı) təşkil edirdi.
Kompleksin zavodlarında 30 mindən çox, o cümlədən, dəyəri 2 milyard rubldan çox 20 min ədəd istehsal edilmiş ən müasir texnoloji avadanlıq quraşdırılmışdır, bunların yarısı idxal edilmişdir. Həmçinin, təxminən 700 avtomatik, axımlı - mexanikləşdirilmiş və kompleks - mexanikləşdirilmiş xətlər də daxil olmaqla 81%-dən çoxu avtomatik və yarı avtomatik dövrədə işləyən avadanlıqlar idi. KamAZın təchizatında Avropanın 19 ölkəsindən (QİYŞ və Qərbi Avropa), ABŞ, Kanada və Yaponiyadan olan 700-dən çox xarici firma, Sovet İttifaqının 500 şəhərindən 2000 zavod iştirak etdi.
Paralel olaraq Yeni Naberejnıe Çelnı şəhərinin inşası davam edirdi. KamAZ qabaqcılları üçün ilk 12 mərtəbəli yaşayış binası 1971-ci ildə istismara verildi. 30 000 nəfərdən bir qədər az əhalisi olan şəhər 350 000 əhali hesabı ilə tikilirdi. Bu bir növ genişmiqyaslı sosial eksperimentin keçirilməsi demək idi - rahat yaşayış, tibb və təhsil müəssisələri, idman məkanları və mədəniyyət müəssisələri, habelə infrastruktur böyük bir templə quruldu. 1970-ci illərin sonu - 1980-ci illərdə hər il 40 minə qədər insan şəhəri doldururdu.
LAYİHƏLƏNDİRMƏ VƏ İSTEHSALIN BAŞLANMASI
KamAZın texniki layihəsi "Qiproavtoprom" institutu və KamAZ layihə rəhbərliyi tərəfindən SSRİ-nin aparıcı müəssisə və təşkilatları ilə birlikdə hazırlanmışdır: SSRİ Gosstroy "Promstroyproekt" institutu və "Qiprodviqatel" (Yaroslavl).
Ayrıca fərdi istehsal müəssisələrinin layihələndirilməsində xarici şirkətlər də iştirak edirdi: "Swindell-Dressler" (Pittsburq, ABŞ) - tökmə zavodunun texnoloji və xüsusi hissələri, "Renault" (Fransa) - mühərrik zavodu layihəsi, "Liebherr" (Ştutqart, AFR) - sürətlər qutusu istehsalı.
KamAZ-5320 birinci nəsil avtomobil və mühərriklərin konstruksiyası İ.A.Lixaçov adına Moskva Avtomobil Zavodunun ZIL-170 (6x4) və ZIL-175 (4x2) avtomobillərinin perspektivli ailəsinə və 1967-1969-cu illərdə fəaliyyət göstərən Yaroslavl Mühərrik Zavoduna əsaslanır. Amerikanın International COF-220(1962-1966) ZIL-170-in prototipi olaraq seçildi. Bunun səbəbi, ZIL yük maşınlarının baş konstruktoru Anatoli Mavrikiyeviç Kriqer-in ZIS-150 üzərində işləyən International Harvester şirkətinin maşınları ilə yaxşı tanış olması idi. ZIL versiyasında, International COF-220 kabini bir az fərqli, daha düzbucaqlı formalı və fərqli bir ön ucu əldə etdi. KamAZ avtomobilləri üçün kabin yenidən dizayn edildi.
Yük maşınları iki növ ötürücü qutu ilə təchiz olunmuşdur, bəzi ötürmələrdə beş ötürücü, digərlərində on. Bu modellər 14 və 15 adlanır. adlanır. Avtoqatar kateqoriyasına aid avtomobillər on pilləli qutularla təchiz edilmişdir.
1974-cü ildə eksperimental sexdə ilk mühərrik yığıldı. Bir il sonra müvəqqəti texnologiyadan istifadə edərək güc qurğularının yığılmasına başlandı.
AVTOMOBİLLƏRİN BURAXILIŞI
İlk KamAZ avtomobili 16 fevral 1976-cı ildə əsas yığım konveyerindən çıxdı - bortlu KamAZ-5320. Bu avtomobil qorunub saxlanıldı, istehlakçılara verildi, uzun müddət BSSMR(Başqırdıstan Sovet Sosialist Muxtar Respublikası)da işlədi, sonradan zavodun muzeyi tərəfindən alındı və bərpa edildi, muzey eksponatı olaraq saxlanıldı.
Dekabrın 29-da SSRİ Avtomobil Sənayesi naziri V.N.Polyakov əvvəllər dövlət komissiyası tərəfindən imzalanmış ağır yük maşınları istehsal edən zavodların Kama kompleksinin birinci mərhələsinin istifadəyə verilməsi haqqında aktı təsdiqlədi. Bir il üçün təsdiq edilmiş plan (15 min avtomobil) vaxtından əvvəl - 1977-ci ilin oktyabrında (Böyük Oktyabr İnqilabının 60 illiyi) tamamlandı və il ərzində demək olar ki, yarısı (22000) yerinə yetirildi.
Artıq 1979-cu ilin iyun ayında 100 000-ci yük maşını konveyerdən çıxdı. KamAZ-da istehsalın artması dünya rekordlarını qırır və SSRİ üçün görünməmişdir.
1981-ci ilin fevral ayında KamAZ-ın ikinci mərhələsinin gücü istismara verildi.
İstehsalın onuncu ilində (1987-ci ildə) azlitrajlı "Oka" avtomobil istehsalı xətti yaradıldı. İlk avtomobil (VAZ-1111 "Oka") artıq 21 dekabrda buraxıldı (1994-cü ildə azlitrajlı "Oka" kiçik avtomobillər istehsalı üçün bütün zavod işə salınacaq).
1988-ci ildə müəssisənin maliyyə-iqtisadi tədqiqi aparıldı. Mütəxəssislərin fikrincə, "KamAZ" avtomobillərinin istehsalına başlanandan bəri Sovet İttifaqı onların fəaliyyətindən cəmi 8 milyard rubl nəqliyyat mənfəəti əldə edib. Bu o deməkdir ki, fəaliyyətə başladığı ilk on il ərzində KamAZ onun tikintisi ilə bağlı bütün sərmayələri tam əsaslandırmışdır. Ölkənin yük donanmasının 1/3-ni təşkil edən KamAZ, avtomobil yolu ilə daşınan bütün malların 2/3-ni təşkil edirdi.
1993 – cü İLDƏ YANĞIN
14 aprel 1993-cü ildə KamAZ Mühərrik Zavodunda yanğın baş verdi. Əsas istehsal binasını və mürəkkəb texnoloji avadanlıqları məhv edərək bütün müəssisəni əhatə etdi. Mühərrik zavodu tamamilə məhv oldu.
Rusiyanın avtomobil sənayesinə vurduğu ziyan çox idi. Yalnız Tatarıstan və Rusiya Federasiyası hökumətinin dəstəyi ilə müəssisə ildə 100 min mühərrik istehsal etmək gücünü tədricən bərpa edə bildi və eyni zamanda güc aqreqatları istehsalı üçün ən son texnoloji avadanlıqları işə saldı. 1993-cü ilin dekabrında mühərrik zavodu yenidən məhsul istehsal etməyə başladı.
1990 – cı İLLƏR
1990-cı illərdə Rusiyada istehsalın ümumi azalması və KamAZ zavodlarında maliyyə çətinliyi səbəbindən əlverişsiz iqtisadi vəziyyət yarandı. KamAZ həmişə şəhər yaradan bir müəssisə olduğu üçün ilk öncə şəhər əhalisinə mənfi təsir etdi.
1990-cı illərin sonlarında müəssisə rəhbərliyinin səyləri, Rusiya və Tatarıstan hökumətlərinin dəstəyi ilə 1 milyard dollarlıq ittifaq borcunu müəssisənin səhmlərinə çevirmək, mühərrik zavodundakı yanğından sonra istehsalını bərpa etmək, yeni yük maşınları istehsalını mənimsəmək və fasiləsiz rejimə keçməyi bacardı.
30 avqust 1999-cu il tarixdə 1 600 000-cü ağır yük maşını KamAZ konveyerdən çıxdı. Mühərrik zavodu o vaxta qədər 2 milyon dizel mühərriki istehsal etdi.
2000 – ci İLLƏR
2001-ci ildə "KamAZ" yeddi ildə ilk dəfə 57 milyon rubl qazanc əldə etdi.
2005-ci ildə "KamAZ-Mühəndislik" ASC yaradıldı - Qazaxıstanın daxili bazarı üçün "KamAZ" avtomobil avadanlıqları yığan ortaq Qazaxıstan-Rusiya müəssisəsi.
2006-cı ildə "KamAZ-master" komandası 7-ci dəfə (ardıcıl 5-ci dəfə) "Dakar" yolsuzluq yürüşündə qalib gəldi. İstehsal keyfiyyətinin yaxşılaşdırılması üçün "KamAZ" ASC (yeni mühərriklər “Avro-3” beynəlxalq ekoloji standartlara uyğundur) 2006-cı ildə keyfiyyət sahəsində RF Hökumət Mükafatını almış mühəndislik sahəsinin yeganə nümayəndəsidir.
2007-ci ildə "KamAZ" 52 650 yük maşını, 63 200 mühərrik və güc qurğusu istehsal etdi - bu yanğından sonrakı illər üçün rekord göstərici idi. 1,8 milyonuncu avtomobil konveyerdən çıxdı (istehsal başladığı 30 il əvvəl). Sayının az olmasına baxmayaraq istehsal texnologiyasının mürəkkəbliyini və yeni standartlara keçidini nəzərə alsaq, sovet dövründə avtomobil istehsalının yüklənmə səviyyəsinə çatdığı açıqlandı.
2008-ci ildə "KamAZ"-ın ilk nəsil ərazisində - təmir-alətlər zavodu - Mersedes yük avtomobillərinin (Daimler AG) yığım istehsalı həyata keçirildi.
2010 – cu İLLƏR
2010-cu ildə zavod CNH ticarət nişanı altında kənd təsərrüfatı və yol-tikinti texnikaları istehsal etməyə başladı (FIAT Group-a məxsus Case New Holland, dünyada kənd təsərrüfatı və tikinti avadanlıqları istehsalçılarından biridir). "KamAZ" ASC və CNH arasındakı razılığa əsasən, "CNH-KamAZ Industrial" birgə müəssisəsi 300 at gücü mühərrikli kombayn ailəsi, 300-535 at gücü mühərrikli iki növ traktor və tikinti texnikası da daxil olmaqla ildə 4000 ədəd məhsul istehsal etməlidir.
2011-ci ilin sentyabr ayında "KamAZ" ASC və Marcopolo S.A. - Marcopolo markalı avtobusların istehsalı və satışı üçün ortaq bir müəssisə yaratmaq üçün müqavilə imzaladı.
15 fevral 2012-ci ildə 2 milyonuncu yük maşını "KamAZ" konveyerindən çıxdı – yük götürmə qabiliyyəti daha çox olan KamAZ 6522.
2013-cü ilin mart ayında "KamAZ" ASC və Palfinger AG(Avstriya) konserni arasında Əməkdaşlıq Sazişi imzalandı.
19 avqust 2014-cü ildə "KamAZ" Palfinger AG ilə iki yeni müəssisənin - yeni hidravlik və teleskopik silindrlərin istehsalı və montaj mərkəzinin yaradılması haqqında müqavilələr imzaladı. 2014-cü ilin oktyabr ayında Avropa Yenidənqurma və İnkişaf Bankı səhmdarların tərkibindən çıxdı.
2015-ci ildə "KamAZ" iki yeni yük maşını modelinin - KamAZ-65206 dartıcısının və KamAZ-65207 bortlu magistral avtomobilinin kütləvi istehsalına başlamış, həmçinin Rusiya mühəndis şirkəti Drive Electro ilə əməkdaşlıqda hazırlanmış elektrik avtobuslarını təqdim etdi.
2016-cı ildə "KamAZ", Daimler ilə birlikdə K5 nəsil yük maşınları üçün kabin çərçivə zavodunun inşasına başladı. Avtomobil nəhənginin baş direktoru Serqey Koqoqinin dediyi kimi, bu "KamAZ"-ın özünün inşasından bəri ilk belə böyük layihədir.
15 may 2018-ci il, Kerç körpüsünün açılışı günündə zavodun avtomobili tikintidən keçən ilk karvanın başında idi. Sükan arxasında RF-nın Prezidenti V.V.Putin idi.
8 fevral 2019-cu il tarixdə, Rusiyada "KamAZ" yük avtomobillərinin satışının 2017-ci ilə nisbətən 1,4% azalaraq 32,68 min ədəd təşkil etdiyi, istehsalçının 4-cü rübdəki hesabatından əldə edilən nəticələrə gəlindi. Şirkətin 2018-ci il üçün xalis mənfəəti 1,588 milyard rubl təşkil edib ki, bu da 2017-ci ilə nisbətən 2,2 dəfə azdır.
2019-cu ilin may ayının sonunda Daimler ilə birlikdə inşa edilən yeni zavodda K5 nəsil kabinlərin istehsalına başlanıldı. İstehsalda avtomatlaşdırma səviyyəsi 80%-ə çatdı, bu da insan heyətinə keyfiyyətə nəzarət, montaj xəttində hissələr qoymaq və logistika vəzifələrini yerinə yetirmək üçün imkan verdi. Tərəfdaşların payları aşağıdakı kimi bölüşdürülür: Hazır məhsulların 80%-i KamAZ, 20%-i isə Mersedes tərəfindən alınır. Planlaşdırılan illik istehsal həcmi - 55 min (2024-cü ilə qədər çatmaq planlaşdırılır). Kabinlər beş növ yük maşını və samosval üçün istehsal ediləcəkdir.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

H.Z.Tağıyevin imzası.

Redaktor seçimi

SON XƏBƏRLƏR