Ens.az
20 sentyabr 2019, cümə
.
chevron_left chevron_right
YAŞAYAN MİLLİ QƏHRƏMANLAR

Kamran Baxşızadə İsa oğlu

Kamran Baxşızadə — Azərbaycan ordusunun ehtiyatda olan zabiti, Aprel döyüşləri qazisi

Kamran Baxşızadə İsa oğlu

Kamran Baxşızadə (d.4 oktyabr 1989, Şıxmahmud, Babək rayonu, Naxçıvan MR) — Azərbaycan ordusunun ehtiyatda olan zabiti, Aprel döyüşləri qazisi

 

Həyatı

Kamran İsa oğlu Baxşızadə 4 oktyabr 1989-cu ildə Naxçıvan MR-sı Babək rayon Şıxmahmud kəndində anadan olmuşdur. O, 2004-2007 ci il H.Əliyevadına hərbi liseydə oxumuşdur. Burada təhsilini başa vurduqdan sonra 2007-2011-ci illər Azərbaycan Ali Hərbi məktəbində təhsil almış, 2011-2012 ci illər Silahlı Qüvvələrin TTM-də dinləyici olmuşdur. Kamran Baxşızadə 2012-ci ildə Füzuli rayonu N saylı hərbi hissədə tağım komandiri vəzifəsində xidmət etmişdir. 2012-cü ildən o, Xüsusi Təyinatlı Qüvvələrin kursuna qatılmış və kursu bitirərək Xüsusi Təyinatlı Qüvvələrin sırasına qəbul olunmuşdur.

 

Aprel döyüşləri

Baxşızadə Kamran bir çox döyüş tapşırıqlarında iştirak etmişdir. O, 2016-cı il aprel ayının 4-də erməni silahlı qüvvələrinin Azərbaycana hücumunun qarşısını almaq üçün keçirilən əməliyyatlarda iştirak etmiş, Talış kəndindəki yüksəklikdə xəsarət almışdır. 2018-cı il may ayında ordu sıralarından ehtiyata buraxılmışdır

 

Mükafatları

  • 2013-cü il iyunun 24-də Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı ilə
  • 2015-ci il iyunun 26-da Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə
  • 2017-ci il iyunun 26-da Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin "Hərbi xidmətdə fərqlənməyə görə" 2-ci dərəcəli medalı ilə
  • 2018-ci il martın 2-də Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı ilə
  • 2018-ci il iyunun 26-də Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin "Azərbaycan Ordususnun 100 illiyi (1918-2018 )" yubiley medalı ilə təltif olunmuşdur


VİDEO QALEREYA
Bu atın adı Shayne-dir. O dünyanın ən yaşlı atıdır. (Atların ömrü 25-30 ildir)
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ