Slimfit
  1. MARAQLI

Karantin zamanı valideynlər nə etməlidirlər?

Karantin zamanı valideynlər nə etməlidirlər?
Sakura

Karantin zamanı valideynlər nə etməlidirlər?

Karantin dövründə uşaqların kənar adamlarla təmaslarını mümkün qədər məhdudlaşdırmaq və ailədən kənar insanlardan tamamilə təcrid etmək lazımdır. Riskləri azaltmaq üçün uşaqlar evdə qalmalı, ancaq otağı havalandırmağı və gündə ən az bir dəfə nəm parça ilə tozları silməyi unutmayın.

Mağazadan döndükdən sonra əşyaları və məhsul qablaşdırmalarını dezinfeksiya edin.

Ens.az saytı bildirir ki, şəxsi bağ sahənizdə və digər insanlarla qarşılaşmaq mümkün olmayan yerlərdə uşaqlarla gəzintilər edə bilərsiniz. İctimai həyətlər və oyun meydançalarına getmək isə həm qadağandır, həm də təhlükəkidir.

Evdən uşaqla birlikdə çıxmaq üçün hansısa xüsusi zərurət yaranarsa, ona açıq şəkildə izah etmək lazımdır ki, mənzildən kənarda heç vaxt üzünə toxunmamalı və qapı tutacaqlarına, lift düymələrinə, barmaqlıqlar və digər bu kimi əşyalara əl vurmamalıdır.

Evə qayıtdıqda əllərinizi dezinfeksiyaedici ilə təmizləmək, əyninizi təmiz ev paltarına dəyişmək, əllərinizi və bədənin digər məruz qalan hissələrini (üzünüzü daxil olmaqla) sabun və su ilə yumaq, ağzınızı və burnunuzu bir az yaxalamaq lazımdır.

Ekspertlər xatırladır ki, indi həmişəkindən daha çox şəxsi gigiyenaya riayət etmək vacibdir. Müəyyən bir şəraitdə (məsələn, kifayət qədər rütubət və aşağı temperatur ilə), COVID-19 koronavirusu uzun müddət (üç gün və ya daha çox) qala bilər.

Mənbə: aif.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sabirin satiralarından seçilmiş sözlərlə qurulub bu şəkil...

Redaktor seçimi

SON XƏBƏRLƏR