Slimfit
  1. MEDİA

Keçmiş “media maqnatı”ndan sensasiyalı iddia: 'Türkiyəyə dönüb, Ərdoğana rəqib olacam''

Keçmiş “media maqnatı”ndan sensasiyalı iddia: 'Türkiyəyə dönüb, Ərdoğana rəqib olacam''
Sakura
:0

Keçmiş “media maqnatı”ndan sensasiyalı iddia: 'Türkiyəyə dönüb, Ərdoğana rəqib olacam''

Türkiyədə ilk özəl telekanalı – 1960-cı ildə Star TV-ni quran, Kral TV, “Star” qəzetinin keçmiş sahibi, məşhur “Uzan ailəsi”nin varisi Cem Uzan 2002-ci ildə siyasi sığınacaq aldığı Fransada sensasion açıqlamalar verib.

Enter.News Türkcə xəbər verir ki, 2002-ci ildə Gənc Partiya quraraq aktiv siyasətə qoşulan və qısa zamanda ölkə siyasətinə təsir etmək gücü qazanan Cem Uzan yaxın 2 ay ərzində Türkiyəyə dönəcəyini açıqlayıb.

O bildirib ki, 2002-ci ildə keçirilən seçkilərdə şirkətlərinə ( Star TV, “Kral TV,  “Star” qəzeti və s) “əl qoyulması” və onu ölkəni tərk etməyə məcbur edənlərin başında ozamankı nazirlər Əli Babacan, Abdullətif Şenər və sabiq prezident Əhməd Necdet Sezer durub: “Uzan ailəsinə qurulan oyunun başında bunlar durur. Türkiyənin ən gizli FETÖ üzvü isə elə keçmiş prezident Sezerdir”.

Cem Uzan sosial şəbəkədəki hesabında daha sonra “Davamı gələcək” yazaraq, adıçəkilənlər haqqında sensasion faktlar açıqlayacağına işarə vurub.

O, eyni zamanda, qeyd edib ki, Türkiyənin prezidenti olmaq istəyir: “Ölkəyə dönüb, prezident seçkilərinə qatılmaq üçün küçələrə çıxacam, güclü demokratik seçki mühiti yaradacağam”.

Xatırladaq ki, Cem Uzanın adı 2002-ci ildə Türkiyədə böyük səs yaradan “2-ci Ergenekon” əməliyyatında hallanıb. Belə ki, 2002-ci ildə Gənc Partiyasını elan edən və ilk seçki ilində ölkə üzrə 7.25 faiz səs qazanan Cem Uzan Türkiyədə hərbi çevrilişə cəhddə suçlanıb və buna görə, Uzan ailəsinin bütün daşınar və daşınmaz əmlakları müsadirə edilib.

Cem Uzanın özü isə həbsdən yayınmaq üçün Fransaya qaçıb və orada siyasi sığınacaq alıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1003 Xocalı sakinini esirlikden xilas eden, Azerbaycanın Milli Qehremanı Allahverdi Bağırov.

Redaktor seçimi

SON XƏBƏRLƏR