Slimfit
  1. AVTO VƏ MOTO

Keçmişdə real mövcud olmuş uçan avtomobillər

Keçmişdə real mövcud olmuş uçan avtomobillər
Sakura

Onların bir çoxu uğurla yerdən yüksələ bilirdilər

İnsan həmişə maşını o qədər çox sevib ki, onun üçün ən yaxşısını diləyib. Məsələn, avtomobilin qanadı çıxsın. Və belə də olub!

Qalereyada təqdim olunan uçan nəqliyyat vasitələrinin nümunələri sizə fotomontajları və ya fantastika filmlərindən xüsusi effektləri xatırladır. Ancaq inanın, praktiki olaraq, hamısı, hətta tək halda  eksperimental prototip olsa da, düzəldilmişdilər. Onların bir çoxu uğurla yerdən yüksələ bildilər, digərlərinin taleyi isə qeyri-müəyyən olaraq qalır, çünki uçuşları heç bir şəkildə sənədləşdirilməyib.

Bəşəriyyət tamamilə universal  fərdi nəqliyyat vasitəsi yaratmağa can atırdı - yollarda sürə bilməsi, buludlarda qalxması və dənizdə balıq ovuna aparması üçün. İxtiraçılar, menecerlər və hətta xəyalpərəstlər onilliklər ərzində baş verən yorucu  uğursuzluq və müvəffəqiyyətsizliklərdən  əziyyət çəkdikdən sonra anladılar ki, bu hərəkətləri hər biri öz funksiyasını yerinə yetirən ayrı qurğulara tapşırmaq daha yaxşıdır.

Digər tərəfdən, düşünsək ki, yeni əsrdə unifikasiya ideyalarına  artıq öyrəşmişik: bizim üçün eyni smartfon  çevirici, pleyer, həm televizor,  oyuncaq, kamera və hətta kompasdır. Yəni universal super nəqliyyat haqqında düşünməyə yenidən mənəvi cəhətdən hazırıq. Eyni zamanda yollara və körpülərə də qənaət edəcəyik.

Mənbə: maximonline.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncəli kişilər məşhur Şah Abbas məscidi qarşısında. 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR