Slimfit
  1. AZƏRBAYCAN

Kəmaləddin Heydərov Şəkidə vətəndaşları qəbul edəcək

Kəmaləddin Heydərov Şəkidə vətəndaşları qəbul edəcək
Sakura

Kəmaləddin Heydərov Şəkidə vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov tərəfindən iyunun 27-də Şəki şəhərində, Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 11:00-dan Şəki və Qax rayonları sakinlərinin, həmçinin həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulu keçiriləcək.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, qəbula gələn vətəndaşların qeydiyyatı iyunun 26-da Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 09.00-dan başlayacaq.

Fövqəladə Hallar nazirinin birinci müavini Rəfail Mirzəyev tərəfindən iyunun 27-də Balakən şəhərində, Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 11:00-dan Balakən rayonu sakinlərinin və həmin rayonda məskunlaşmış məcburi köçkünlərin qəbulu keçiriləcək. Qəbula gələn vətəndaşların qeydiyyatı iyunun 27-də Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 09:00-dan başlayacaq.

Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev tərəfindən iyunun 27-də Zaqatala şəhərində, Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 11:00-dan Zaqatala rayonu sakinlərinin və həmin rayonda məskunlaşmış məcburi köçkünlərin qəbulu keçiriləcək. Qəbula gələn vətəndaşların qeydiyyatı iyunun 27-də Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 09:00-dan başlayacaq.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarğa yoxsa pişik?

Redaktor seçimi

SON XƏBƏRLƏR