Ens.az
18 oktyabr 2019, cümə
.
.
chevron_left chevron_right
MİLLİ QƏHRƏMANLAR

Bəşir Kərimov Bəylər oğlu

DOĞUM TARİXİ: 02/02/1976 VƏFAT TARİXİ: 14/03/1995

435 Baxış
Bəşir Kərimov Bəylər oğlu

2 fevral 1976-cı ildə Füzuli rayonunun Qacar kəndində dünyaya göz açmışdır. 1983-cü ildə kənd orta məktəbinin birinci sinfinə getmiş, 1991-ci ildə səkkizinci sinfi bitirərək, Füzuli şəhərindəki texniki-peşə məktəbində təhsilini davam etdirmişdir. O, doğma kəndinin müdafiəsi üçün daim əsgərlərlə birgə postlarda olur, ərzaq və patron daşınmasında onlara yaxından kömək edirdi. 1993-cü ilin aprel ayında Qacar kəndi işğal olunarkən Bəşir də döyüş yoldaşları ilə birlikdə erməni yaraqlılarına qarşı igidliklə vuruşurdu. B. Kərimov Qacar kəndinin işğalından sonra ailəsi ilə birgə Dilağarda kəndində məskunlaşdı. Sən demə, qaçqınlıq həyatı onun alnına yazılıbmış. 1993-cü ilin avqustunda Füzuli rayonu işğal olundu. Bundan sonra onlar İmişli rayonunun Yalavac kəndindəki texniki-peşə məktəbinin binasında sığınacaq tapmağa  məcbur oldular. Doğma yerlərin işğalı ona rahatlıq vermirdi. O, daim cəbhəyə can atırdı. B.Kərimov 1994-cü il may ayının 19-da Beyləqan rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına çağırıldı.

Hərbi xidmətini Pirəküşküldəki hərbi hissədə başladı. Sonra, 3-4 oktyabr 1994-cü il hadisələri zamanı Gəncədə 777 saylı hərbi hissədə qulluq etdi.

1995-ci il... Mart ayının 13-17-də düşmən dəyirmanına su tökən bir qrup vəzifə hərislərinin başçılıq etdiyi silahlı dəstə Bakıda dövlətçiliyimizi təhlükə altında qoydu. Dövlət tərəfindən onlara silahı yerə qoymaq təklif olundu. Lakin silahlı dəstə əmrə tabe olmadı; qarşıdurma yarandı, qardaş qanı axıdıldı. B. Kərimov da döyüş dostları kimi dövlətçiliyimizin müdafiəsinə qalxdı. Bu qarşıdurmada onun gənc ömrü qırıldı.

Subay idi.

Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Kərimov Bəşir Bəylər oğluna ölümündən sonra  “Azərbaycanın  Milli Qəhrəmanı”  fəxri adı verilmişdir.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

 

Mənbə: Milliqahramanlar.az





Diqqət! Ens.az saytına məxsus materiallardan istifadə edərkən hiperlinklə istinad edilməlidir. Mətndə səhv tapdıqda, onu seçib ctrl + enter düyməsini basaraq bizə göndərməyinizi xahiş edirik.


Android ƏS olan smartfonunuz varsa, xəbərləri daha rahat oxumaq üçün bu linkə keçərək Play Store mağazasından Ens.az proqramını endirib quraşdıra bilərsiniz.


VİDEO QALEREYA
Xalq yazıçısı Mirzə İbrahimov görkəmli tarzən Qurban Pirimovun kürəkəni olmuşdur.
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ

X