Slimfit
  1. İDMAN

“Keşlə”nin legioneri: “Azərbaycanda futbolun səviyyəsinin bu qədər olduğunu bilmirdim”

“Keşlə”nin legioneri: “Azərbaycanda futbolun səviyyəsinin bu qədər olduğunu bilmirdim”
Sakura

“Keşlə”nin legioneri: “Azərbaycanda futbolun səviyyəsinin bu qədər olduğunu bilmirdim”

“Nəticə öz əlimizdə idi. Fürsətlərimizi dəyərləndirə bilmədik, rəqib isə fasilədən sonra qollar vurub, qalib gəldi. Başqa deyiləsi bir şey yoxdur”.

“Report”un məlumatına görə, bunu Azərbaycan Premyer Liqasının V turunda evdə “Sumqayıt”a 1:2 hesabı ilə uduzduqları oyundan sonra “Keşlə”nin futbolçusu Edvinas Girdvaynis deyib.

25 yaşlı litvalı müdafiəçi bildirib ki, “Keşlə”nin oyun planında probleminin olmasına şərh vermək istəmir: “Mən öz üzərimə düşəni etməyə çalışıram. Düşünürəm ki, toplaşıb vəziyyəti müzakirə edəcəyik. Çünki bu durumdan çıxmaq lazımdır. Belə olmaz. Yaxşı komandamız var, qalib gəlməliyik. Komandamızın uğursuz çıxışı maliyyə məsələləri ilə bağlı deyil. Bu baxımdan, heç bir problem yoxdur”.

“Keşlə” növbəti turda “Qəbələ”nin qonağı olacaq, ardınca isə “Qarabağ”ı qəbul edəcək. Girdvaynisin fikrincə, Azərbaycan Premyer Liqasında rəqiblər arasında fərq qoymaq düzgün deyil: “Bəli, bizi çətin oyunlar gözləyir. “Sumqayıt”la görüş də çətin keçdi. Bütün matçlar bu cürdür. Rəqiblər arasında fərq yoxdur. Heç kim asan xal vermir. Bu oyunda hər iki komandanın şansları vardı, lakin "Sumqayıt" daha yaxşı istifadə etdi. Bura gələndə səviyyənin bu qədər yüksək olacağını düşünmür, bunu bilmirdim. Bir neçə oyuna çıxdıqdan sonra gördüm ki, burada da hər yerdə olduğu kimi, normal futbol sərgiləyirlər. Yaxşı futbolçular var, oynamaq asan deyil. Gərək özünü 100 faiz işinə verəsən. Daha yaxşı çıxış edə biləcəyimi düşünürəm. İndikindən üstün oynamalıyam”.

Qeyd edək ki, “Keşlə” hazırda 1 xalla 7-ci pillədədir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1 həftədə cəmi 3 fincan pivə kifayətdir ki, beyin 20% zəif işləsin.

Redaktor seçimi

SON XƏBƏRLƏR