Slimfit
  1. İDMAN

Kim gəlir, kim gedir?

Kim gəlir, kim gedir?
Sakura

Kim gəlir, kim gedir?

Azərbaycan Premyer Liqasında 2019/20 mövsümünün ilk yarısı başa çatan kimi heyəti istirahətə göndərən klublar transfer çalışmalarına start verib.

Apasport.az saytının məlumatına görə, heyətini daha da gücləndirməyə çalışan yüksək dəstə təmsilçiləri komandaya uyğun gəlməyən futbolçularla da yollarını ayırmağa başlayıb.

Qış fasiləsinin ilk günlərində turnir cədvəlinin ikinci yarısında qərarlaşan komandalar daha fəal təsir bağışlayır. Lakin “transfer pəncərəsi”nin açılmasına hələ vaxt var.

 Keçidlərin qeydə alınması rəsmən 2020-ci il yanvarın 7-də başlayacaq. Dörd həftə davam edəcək “transfer pəncərəsi” fevralın 3-də başa çatacaq.

“Qarabağ”
Gələnlər: 
Nicat Mehbaliyev (Sumqayıt, icarədən qayıdıb), Ovusu Kvabena (Leqanes, İspaniya)
Gedənlər: Simeon Slavçev (Levski, Bolqarıstan), Asmir Beqoviç (Bornmut, İngiltərə, icarə müddəti başa çatıb), Riçard Almeyda (Baniyas, BƏƏ)

“Neftçi”
Gələnlər: 
İbrahim Əliyev (Sumqayıt), Mirabdulla Abbasov (Səbail, icarədən qayıdıb), Saman Nəriman Cahan (Maşinsazi, İran)
Gedənlər: Rauf Əliyev (Səbail), Kirilo Petrov

“Keşlə”
Gələnlər: 
Aleksandr Kristovao, (Al-Mojzel, Səudiyyə Ərəbistanı)
Gedənlər: Şahin Zəkiyev

“Sumqayıt”
Gələnlər:
Gedənlər: 
Ehtiram Şahverdiyev (Qəbələ)

“Zirə”
Gələnlər: 
Ağabala Ramazanov (Səbail), Davit Volkov (Qəbələ), Alie Sesay (Arda, Bolqarıstan), Yovan Krneta (Levadiakos, Yunanıstan), George Anton (Şerif, Moldova)
Gedənlər: Soni Norde, Robin Nqalande, Xulio Sezar Rodriqes (Sabah)

“Sabah”
Gələnlər: 
Mario Marina (Qoritsa, Xorvatiya), Marko Deviç (Vozdovats, Serbiya), Yevgeni Koçuk (Səbail), Xulio Sezar Rodriqes (Səbail)
Gedənlər: Hendrik Ekşteyn (Səbail), Rocer Roxas (Deportes Tolima, Kolumbiya)

“Qəbələ”
Gələnlər:
 İvitsa Juniç (müqaviləsi artırılıb), Ehtiram Şahverdiyev (Sumqayıt)
Gedənlər: Davit Volkov (Zirə)

“Səbail”
Gələnlər: Murad Qayalı (Keşlə), Rauf Əliyev (Neftçi), Peyman Keşavarz (klubsuz), Hendrik Ekşteyn (Sabah)
Gedənlər: Ağabala Ramazanov (Zirə), Elvin Yuniszadə, Mirabdulla Abbasov (Neftçi), Yevgeni Koçuk (Sabah)

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sahildə maraqlı tavanı olan kafe

Redaktor seçimi

SON XƏBƏRLƏR