Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Kimlərin təhsil müəssisələri yaratmaq hüquqları var? – Qanundan çıxarış

Kimlərin təhsil müəssisələri yaratmaq hüquqları var? – Qanundan çıxarış
Sakura

Kimlərin təhsil müəssisələri yaratmaq hüquqları var? – Qanundan çıxarış

Dünya təhsilinə inteqrasiya nəticəsində Azərbaycanda təhsil müəssələrinin sayı  artır. 

Fins.az xəbər verir ki, ölkədə fəaliyyət göstərən təhsil müəssisələrinin təsisçiləri azərbaycanlılarla yanaşı, digər xarici şəxslər də ola bilər.

“Təhsil haqqında” Qanunun 15-ci maddəsinə görə təhsil müəssisələrin təsisçiləri dövlət, bələdiyyələr, Azərbaycan Respublikasının və xarici dövlətlərin hüquqi şəxsləri, vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ola bilərlər.

Lakin belə təhsil müəssisələrinin müəllim heyətinin tərkibində azərbaycanlı kadrlar  sayca üstünlük təşkil etməlidir. Yerli kadr potensialı buna imkan vermədikdə isə say nisbəti dəyişdirilə bilər.

Polis Akademiyası, Sərhəd Qoşunları, Fövqəlada Hallar, Gömrük Sərhəd Xidməti, hərbi liseylər və s. kimi xüsusi təyinatlı  müəssisələrinin təsis edilməsi qaydaları isə  müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Qeyd edək ki, təsisçinin məsuliyyəti, səlahiyyət dairəsi, təhsil müəssisəsi ilə qarşılıqlı öhdəlikləri Azərbaycan Respublikasının qanunvericiliyi, təsis müqaviləsi və təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir.

Məlumat üçün bildirək ki, ölkəmizdə iki xarici universitet filialı- M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (2008) və İ.M Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı (2016) fəaliyyət göstərir.  Bundan başqa “Bakı Türk Anadolu” ,  “Türkiyə Dəyanət Vəqfi , Türk Dünyası Atatürk”  liseyləri, “Bakı Oksford School”, “Avropa Azərbaycan məktəbi”, "Bakı İnternational School", “Bakı British School”, "Erudit" və s.  xarici ümumtəhsil məktəbləri var.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yuriy Nikulin "Brilliant əllər" çəklişi zamanı fasilədə nərd oynayır. Bakı. 1968-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR