Slimfit
  1. ELM

Kimyəvi element

Kimyəvi element
Sakura

Kimyəvi element

Kimyəvi element — eyni cins atomlardan ibarət olan, fiziki və ya kimyəvi yollarla özündən daha sadə və fərqli maddələrə ayrıla bilməyən saf maddələrə element deyilir. Məsələn su bir element deyil. Lakin suyun elektrolizindən əldə edilən hidrogen və oksigen elementdirlər.

Elementi meydana gətirən bütün atomların böyüklükləri və atomların arasındakı uzaqlıq eynidir. Lakin bir elementin atomları ilə başqa bir elementin atomlarının böyüklükləri və atomları arasındakı məsafə fərqlidir. Eyni elementdən düzəldilən fərqli maddələr də eyni cins atomlardan meydana gəlirlər. Elementi meydana gətirən atomların bir-birinə olan uzaqlığı elementin qatı, maye və qaz halına görə dəyişə bilər. Canlı və cansız varlıqların hamısı elementlərdən meydana gəlirlər. Kimyəvi element nüvəsinin yükü eyni olan atom növüdür. Kimyəvi elementlər bir-biri ilə birləşərək bizi əhatə edən aləmin bütün mürəkkəb maddələrini əmələ gətirirlər. Hər bir kimyəvi element nüvəsində eyni sayda elektrik yükü və atom örtüyündə eyni sayda elektron olan atomlardan ibarətdir. Atom kimyəvi elementin bütün xassələrini özündə saxlayan ən kiçik hissəcikdir və bütün maddələrin ilkin materialıdır. Atommüsbət yüklü nüvədən və onun ətrafında hərəkət edən mənfi yüklü elektronlardan ibarətdir. Atomların nüvəsi isə proton və neytronlardan təşkil olunmuşdur. Proton müsbət yüklü, neytron isə yüksüz zərrəcikdir. Dövri sistemdə elementin sıra nömrəsi protonların sayını, kütlə ədədi isə nuklonların sayını göstərir. Proton və neytron birlikdə nuklon adlanır.

Dövri sistem cədvəlini 1 mart 1869-cu ildə rus alimi D.İ.Mendeleyevtərtib etmişdir. Həmin cədvəldə cəmi 63 element mövcud idi. Mendeleyev elementləri atom kütlələrinin artması sırası ilə yerləşdirərək dövri qanunu belə ifadə etmişdir: Kimyəvi elementlərin və onların əmələ gətirdiyi kimyəvi birləşmələrin forma və xassələri atom kütlələrinin artmasından dövri surətdə asılıdır. Mendeleyev bəzi hallarda bu qanundan kənara çıxaraq elementlərin cədvəldə yerini onların atom kütlələrinin artması ardıcıllığına deyil, xassələrinin qanunauyğun dəyişməsinə görə müəyyən etmişdir. Daha sonra 1913-cü ildə ingilis alimi Mozli müəyyən etmişdir ki, elementlərin xassələri onların atom kütlələrinin artması ilə deyil, nüvələrinin yükü ilə bilavasitə müəyyən olunur. Dövri qanunun müasir ifadəsi belədir: Kimyəvi elementlərin və onların əmələ gətirdiyi birləşmələrin forma və xassələri atom yükündən dövri surətdə asılıdır.

Bəzi kimyəvi elementlər yer qabığında geniş yayılmışdır. Elementlərin yer qabığında yayılması miqdarının tədqiqi ilə ilk dəfə amerika alimi Klark məşğul olmuşdur. O, 50-yə qədər elementin yer qabığında yayılmasını faizlə hesablamışdır.  Elementlərin yer qabığında yayılma xarakteri və qanunauyğunluqları ilə geokimya elmi məşğul olur. Yer qabığında ən geniş yayılmış element oksigendir və kütləcə yarısını təkcə o təşkil edir. Ümumiyyətlə yer qabığında ən çox yayılmış elementlər bunlardır: O - 49,1%, Si - 26,0%, Al - 7,5%, Fe - 4,2%, Ca - 3,2%, Na - 2,4%, K - 2,3%, Mg - 2,3%, H - 1,0%, Ti - 0,9%. Kimyəvi elementlərin bir qrupu ümumi ad ilə "Nadir elementlər" adlandırılır. Nadir element dedikdə, yer qabığında miqdarı adi elementlərdən xeyli az olan və xassələrinin lazımi dərəcədə öyrənilməməsi ilə əlaqədar olaraq, tətbiqi məhdud çərçivədə olan elementlər nəzərdə tutulur: Li, Be, Ga, Ge, V, Se, Re, Rb, Sr, Sc, Kr, Nb, Te, Cs, İn, Hf, Ta, Y, Tl, La və lantanoidlər. Nadir elementlərin siyahısı sabit qalmayaraq tədricən dəyişir, yəni istehsalı və tətbiqi genişləndikcə onlar adi elementlər qrupuna keçir. Elementlərin canlı orqanizmdə yayılma xarakterinin öyrənilməsi ilə biokimya məşğul olur. İndiyə kimi canlı orqanizmdə 70-dən artıq elementin mövcudluğu müəyyən edilmişdir. Orqanizmdə O, C, H və N daha çox yayılmışdır. Bu dörd elementin orqanizmdə atomlarının miqdar faizi belədir: H- 63%, O- 25,5%, C- 9,5%, N- 2%.

 

Hidrogen-H(haş) Oksigen-O(O) Karbon-C(Se) Azot-N(En) Flüor-F(Flüor) Yod-J(yod) Brom-Br(Brom) Silisium-Si(silisium) Barium-Ba(barium) Xlor-Cl(Xlor) Manqan-Mn(manqan) Sink-Zn(Sink) Natrium-Na(Natrium) Kalium-K Kalsium-Ca Maqnezium-Mg Alüminium-Al Dəmir-Fe(Ferrum) Mis-Cu(Kuprum) Gümüş-Ag(argentium) Kükürd-S(Es) Qurğuşun-Pb(Qurğuşun) Civə-Hg(Civə) Qızıl-Au(Qızıl) Fosfor-P(Pe)

 

Elementlərin xassələri

D.İ.Mendeleyevin tərtib etdiyi dövri cədvəlin qısa variantı

Elementlər metallar, qeyri-metallar və təsirsiz qazlar olmaqla üç əsas təsnifə bölünür. Dövri sistemdə yerləşən elementlər yuxarıdan aşağıya doğru qrupları, soldan sağa doğru isə dövrləri təşkil edir. Cədvəldə 7 dövr, 8 qrup var. Hidrogen atomu və ya qələvi metalla başlayıb, təsirsiz qazla qurtaran və nüvələrinin yükünün artması sırası ilə üfüqi vəziyyətdə düzülmüş elementlər ardıcıllığına dövr deyilir. Birinci üç dövr kiçik dövr, qalanları böyük dövr adlanır. Kiçik dövrlər bir sıradan, böyük dövrlər isə iki sıradan ibarətdir. Dövrün nömrəsi bu dövrdə yerləşən elementlərin atomlarındakı energetik səviyyələrin sayına bərabərdir. Qruplar və dövrlər ayrılıqda müvafiq olaraq əsas və əlavə yarımqruplara, böyük və kiçik dövrlərə bölünür. Həm böyük, həm kiçik dövr elementlərindən təşkil olunmuş qrupa əsas yarımqrup (A qrupu) deyilir. Yalnız böyük dövr elementlərindən təşkil olunmuş qrupa isə, əlavə yarımqrup (B qrupu) deyilir.

Məlumdur ki, 110-dan çox kimyəvi elementin 80-dən çoxu metallara aiddir. I, II, III qrupların həm əsas, həm də əlavə yarımqruplarının (H və B-dan başqa), həmçinin IV, V, VI, VII və VIII qrupların əlavə yarımqrup elementlərinin hamısı metaldır. Dövri sistemdə əsas yarımqrupda yerləşən metallar bor-astat (B-At) diaqonalından aşağıda yerləşir. Metalların atomları xarici elektronlarını asan verir. Bu səbəbdən metallar güclü reduksiyaedicilərdir və birləşmələrində yalnız müsbət oksidləşmə dərəcəsi göstərirlər. Onların reduksiyaedicilik xassəsi metalların aktivlik sırasında qızıldan kaliumadək artır. Aktivlik sırası üzrə isə reduksiyaedicilik azalır. Metalların aktivlik sırası belədir: Li, K, Ca, Na, Mg, Al, Mn, Zn, Cr, Fe, Ni, Sn, Pb, H2, Cu, Hg, Ag, Au. Həmçinin metallar müxtəlif xassələrə (fiziki, kimyəvi, mexaniki, texnoloji və s.) malikdir. Metalların istilik keçirməsi onların təbiətindən asılı olaraq dəyişir. Saf metalların istilik keçirməsi yaxşı, bunlardan alınan ərintilərin istilik keçirməsi isə aşağı olur. Həmçinin metallar elektrik keçirmə qabiliyyətinə də malikdir. Onların elektrik keçirməsi tərkib, temperatur və strukturundan asılı olaraq dəyişir. Temperatur artdıqca elektrik keçiriciliyi azalır. Temperatur azaldıqda isə əksinə, elektrik keçiriciliyi artır. Metalların hər birinin özünəməxsus ərimə temperaturu var. Ən aşağı ərimə temperaturu olan metal Civə-dir. Civənin ərimə temperaturu "−38.8290°C"-dir. Ən yüksək ərimə temperaturu olan metal isə Volfram-dır. Onun ərimə temperaturu 3422 °C-dir. Qızdırıldıqda metalların bərk haldan maye halına keçmə temperaturuna ərimə temperaturu deyilir. Ərimə temperaturu 700 °C-dək olan metallara asanəriyən, 700 °C-dən yüksək olan metallara isə çətinəriyən metallar deyilir.

Dövri sistemdə olan elementlərin 16-sı qeyri-metallara aiddir. Qeyri-metallar bərk halda bir qayda olaraq ya dielektrik, ya da elektrik cərəyanını və istiliyi pis keçirən, plastikliyi və metal parıltısı olmayan kövrək maddələrdir. Bor və silisium yarımkeçirici xassəyə malikdir. Metallarla qarşılıqlı təsirdə qeyri-metallar həmişə oksidləşdirici olur, yəni özlərinə elektron birləşdirir. Ən güclü oksidləşdirici element ftordur. Ftorla qarşılıqlı təsirdə bütün elementlər oksidləşir, yəni reduksiyaedici olur. Çünki, Ftor ən yüksək elektromənfiliyi olan elementdir. Elementlərin elektromənfilikləri azaldıqca qeyri-metalların oksidləşdiricilik xassələri zəifləyir. Qeyri-metallar oksigenlə turşu oksidləri əmələ gətirir. Elementlərin dövri sistemində qeyri-metalların baş oksidlərinin xassələrinin dəyişməsi ümumi qaydaya əsasən soldan sağa doğru turşu xassələri artır, yuxarıdan aşağıya doğru isə zəifləyir.

Təsirsiz qazlar dövri sistemdə VIII qrupun əsas yarımqrupunda yerləşir. Bu qazlar oxşar kimyəvi quruluşa malik, çox aşağı kimyəvi reaktivliyi olan, qoxusuz, rəngsiz biratomlu qazlardır. Həmçinin ərimə və qaynama temperaturu da aşağı olub, sadəcə 10 °C ilə fərqlənir. Bu elementləriən sayı metallar və qeyri-metallara nisbətən çox azdır. Cəmi 6 təsirsiz qaz var, həmin qazlar bunlardır: He, Ne, Ar, Kr, Xe, Rn.

Elementlərin elektron formullarının yazılışı zamanı energetik yarımsəviyyələrdəki elektronların sayı müvafiq hərfi işarələrin üst indeksində göstərilir. Elektronların sayı eyni zamanda energetik səviyyə və yarımsəviyyələrdə göstərildikdə s, p, d, f hərflərinin əvvəlində müvafiq olaraq energetik səviyyənin nömrəsi yazılır.

Elementlərin dövrlər üzrə bəzi xassələri:

  • Atom nüvəsinin yükü artır
  • Xarici təbəqədə elektronların sayı artır
  • Atomun radiusu azalır
  • Elektromənfilik artır
  • Metallıq xassələri zəyifləyir, qeyri-metallıq xassələri güclənir
  • Reduksiyaedicilik xassə azalır, oksidləşdirici xassə artır

Elementlərin A qrupları üzrə bəzi xassələri:

  • Atom nüvəsinin yükü artır
  • Xarici təbəqədə elektronların sayı dəyişmir
  • Atomun radiusu artır
  • Elektromənfilik azalır
  • Metallıq xassələri güclənir, qeyri-metallıq xassələri zəyifləyir
  • Reduksiyaedicilik xassə artır, oksidləşdirici xassə azalır

 

Kimyəvi elementlərin miqrasiyası

Kimyəvi elementlərin miq­rasiyası yer qabığında və onun səthində gedən geokimyəvi proseslər nəticəsində elementlərin köçürü­lməsi və istənilən yerdəyişməsi (terri­gen komponentlərin mexaniki daşınması istisna olunmaqla). Kimyəvi elementin xassələrindən (atomunun quruluşu, ölçüsü, valentliyi və b.) asılı olan daxili; temperatur, təzyiq və mühitin tərkibi (qələvilik və ya turşluq, oksidləşmə-bərpaedici şərait və b.) nisbətindən asılı olan xarici miqrasiya amillərinə ayrılır. Geokimyəvi şəraitdən asılı olaraq elementlərin miqrasiya qabiliyyətinin də­yi­şməsinə baxmayaraq, çox mütəhərrik, mü­təhərrik və inert elementləri ayırmaq müm­kündür. Burada elementin mütəhərrikliyi onun diffuziya əmsalının maksimal konsentrasiyaya hasili kimi başa düşülür. Ən yüksək miqrasiya qabiliyyəti olan elementlər - Cl, Br, I, N, B, Ra, Na; yüksək - K, Ca, Ge, U, Fe; orta - Al, Si, Mg, TR; aşağı - Zr, Nb, Ta, Sb; ən aşağı - platin qrupu metallarıdır. Kimyəvi elementlərin miq­rasiyası qabiliyyəti, kim­yəvi elementin ana süxurdan daşınma məsafəsi, onun konsentrasiyasının azalma qradiyenti, müx­təlif mənşəli mineralların əmələ gəlməsində iştirakı, uçuculuğu və ya onun birləşmələrinin həll olma qabiliyyəti ilə qiymətləndirilir. Kimyəvi elementlərin miq­rasiyası sərbəst atomlar (inert qazlar, civə buxarları), molekullar (azot, oksigen, su buxarları və b.), sadə və kompleks ionlar (məhlul və ərintilər), nəhayət, kolloid hissəciklər (kül, lil hissəcikləri və b.) şəklində, yəni maye, qaz və bərk halda baş verir və kimyəvi elementlərin yenidən paylanması ilə nəticələnir. Kimyəvi elementlərin miq­rasiyası bütün geoloji proseslərdə baş verir və təbiətdə maddələrin fasiləsiz dövranının əsasını təşkil edir.

 

Kimyəvi elementlər

Atom 
nömrəsi

Adı

İşarəsi

Dövrü

Sadə elektron formulu

Aqreqat halı

Nisbi atom 
kütləsi

1

Hidrogen

H

1

1s1

Qaz

1.0079 g/mol

2

Helium

He

1

1s2

Qaz

4.0026 g/mol

3

Litium

Li

2

2s1

Bərk

6.941 g/mol

4

Berillium

Be

2

2s2

Bərk

9.01218 g/mol

5

Bor

B

2

2s2 2p1

Bərk

10.81 g/mol

6

Karbon

C

2

2s2 2p2

Bərk

12.011 g/mol

7

Azot

N

2

2s2 2p3

Qaz

14.0067 g/mol

8

Oksigen

O

2

2s2 2p4

Qaz

15.9994 g/mol

9

Ftor

F

2

2s2 2p5

Qaz

18.998403 g/mol

10

Neon

Ne

2

2s2 2p6

Qaz

20.179 g/mol

11

Natrium

Na

3

3s1

Bərk

22.98977 g/mol

12

Maqnezium

Mg

3

3s2

Bərk

24.305 g/mol

13

Alüminium

Al

3

3s2 3p1

Bərk

26.98154 g/mol

14

Silisium

Si

3

3s2 3p2

Bərk

28.0855 g/mol

15

Fosfor

P

3

3s2 3p3

Bərk

30.97376 g/mol

16

Kükürd

S

3

3s2 3p4

Bərk

32.06 g/mol

17

Xlor

Cl

3

3s2 3p5

Qaz

35.453 g/mol

18

Arqon

Ar

3

3s2 3p6

Qaz

39.948 g/mol

19

Kalium

K

4

4s1

Bərk

39.0983 g/mol

20

Kalsium

Ca

4

4s2

Bərk

40.08 g/mol

21

Skandium

Sc

4

4s2 3d1

Bərk

44.9559 g/mol

22

Titan

Ti

4

4s2 3d2

Bərk

47.9 g/mol

23

Vanadium

V

4

4s2 3d3

Bərk

50.9415 g/mol

24

Xrom

Cr

4

4s2 3d4

Bərk

51.996 g/mol

25

Manqan

Mn

4

4s2 3d5

Bərk

54.938 g/mol

26

Dəmir

Fe

4

4s2 3d6

Bərk

55.847 g/mol

27

Kobalt

Co

4

4s2 3d7

Bərk

58.9332 g/mol

28

Nikel

Ni

4

4s2 3d8

Bərk

58.7 g/mol

29

Mis

Cu

4

4s2 3d9

Bərk

63.546 g/mol

30

Sink

Zn

4

4s2 3d10

Bərk

65.38 g/mol

31

Qallium

Ga

4

4s2 3d104p1

Bərk

69.72 g/mol

32

Germanium

Ge

4

4s2 3d104p2

Bərk

72.59 g/mol

33

Arsen

As

4

4s2 3d104p3

Bərk

74.9216 g/mol

34

Selen

Se

4

4s2 3d104p4

Bərk

78.96 g/mol

35

Brom

Br

4

4s2 3d104p5

Maye

79.904 g/mol

36

Kripton

Kr

4

4s2 3d104p6

Qaz

83.8 g/mol

37

Rubidium

Rb

5

5s1

Bərk

85.4678 g/mol

38

Stronsium

Sr

5

5s2

Bərk

87.62 g/mol

39

İttrium

Y

5

5s4d1

Bərk

88.9059 g/mol

40

Sirkonium

Zr

5

5s4d2

Bərk

91.22 g/mol

41

Niobium

Nb

5

5s4d3

Bərk

92.9064 g/mol

42

Molibden

Mo

5

5s4d4

Bərk

95.94 g/mol

43

Texnesium

Tc

5

5s4d5

Bərk

98 g/mol

44

Rutenium

Ru

5

5s4d6

Bərk

101.07 g/mol

45

Rodium

Rh

5

5s4d7

Bərk

102.9055 g/mol

46

Palladium

Pd

5

5s4d8

Bərk

106.4 g/mol

47

Gümüş

Ag

5

5s4d9

Bərk

107.868 g/mol

48

Kadmium

Cd

5

5s4d10

Bərk

112.41 g/mol

49

İndium

In

5

5s4d105p1

Bərk

114.82 g/mol

50

Qalay

Sn

5

5s4d105p2

Bərk

118.69 g/mol

51

Stibium

Sb

5

5s4d105p3

Bərk

121.75 g/mol

52

Tellur

Te

5

5s4d105p4

Bərk

127.6 g/mol

53

Yod

I

5

5s4d105p5

Bərk

126.9045 g/mol

54

Ksenon

Xe

5

5s4d105p6

Bərk

131.3 g/mol

55

Sezium

Cs

6

6s1

Bərk

132.9054 g/mol

56

Barium

Ba

6

6s2

Bərk

137.33 g/mol

57

Lantan

La

6

6s4f1

Bərk

138.9055 g/mol

58

Serium

Ce

6

6s4f2

Bərk

140.12 g/mol

59

Prazedium

Pr

6

6s4f3

Bərk

140.9077 g/mol

60

Neodium

Nd

6

6s4f4

Bərk

144.24 g/mol

61

Prometium

Pm

6

6s4f5

Bərk

145 g/mol

62

Samarium

Sm

6

6s4f6

Bərk

150.4 g/mol

63

Evropium

Eu

6

6s4f7

Bərk

151.96 g/mol

64

Qadolinium

Gd

6

6s4f8

Bərk

157.25 g/mol

65

Terbium

Tb

6

6s4f9

Bərk

158.9254 g/mol

66

Disprozium

Dy

6

6s4f10

Bərk

162.5 g/mol

67

Holmium

Ho

6

6s4f11

Bərk

164.9304 g/mol

68

Erbium

Er

6

6s4f12

Bərk

167.26 g/mol

69

Tulium

Tm

6

6s4f13

Bərk

168.9342 g/mol

70

İtterbium

Yb

6

6s4f14

Bərk

173.04 g/mol

71

Lutesium

Lu

6

6s4f145d1

Bərk

174.967 g/mol

72

Hafnium

Hf

6

6s4f145d2

Bərk

178.49 g/mol

73

Tantal

Ta

6

6s4f145d3

Bərk

180.9479 g/mol

74

Volfram

W

6

6s4f145d4

Bərk

183.85 g/mol

75

Renium

Re

6

6s4f145d5

Bərk

186.207 g/mol

76

Osmium

Os

6

6s4f145d6

Bərk

190.2 g/mol

77

İridium

Ir

6

6s4f145d7

Bərk

192.22 g/mol

78

Platin

Pt

6

6s4f145d8

Bərk

195.09 g/mol

79

Qızıl

Au

6

6s4f145d9

Bərk

196.9665 g/mol

80

Civə

Hg

6

6s4f145d10

Maye

200.59 g/mol

81

Tallium

Tl

6

6s4f145d10 6p1

Bərk

204.37 g/mol

82

Qurğuşun

Pb

6

6s4f145d10 6p2

Bərk

207.2 g/mol

83

Bismut

Bi

6

6s4f145d10 6p3

Bərk

208.9804 g/mol

84

Polonium

Po

6

6s4f145d10 6p4

Bərk

209 g/mol

85

Astat

At

6

6s4f145d10 6p5

Bərk

210 g/mol

86

Radon

Rn

6

6s4f145d10 6p6

Bərk

222 g/mol

87

Fransium

Fr

7

7s1

Bərk

223 g/mol

88

Radium

Ra

7

7s2

Bərk

223 g/mol

89

Aktinium

Ac

7

7s2 5f1

Bərk

227.0278 g/mol

90

Torium

Th

7

7s2 5f2

Bərk

232.0381 g/mol

91

Protaktinium

Pa

7

7s2 5f3

Bərk

231.0359 g/mol

92

Uran

U

7

7s2 5f4

Bərk

238.029 g/mol

93

Neptun

Np

7

7s2 5f5

Bərk

237.0482 g/mol

94

Pluton

Pu

7

7s2 5f6

Bərk

244 g/mol

95

Amersium

Am

7

7s2 5f7

Bərk

243 g/mol

96

Kürium

Cm

7

7s2 5f8

Bərk

247 g/mol

97

Berklium

Bk

7

7s2 5f9

Bərk

247 g/mol

98

Kalifornium

Cf

7

7s2 5f10

Bərk

251 g/mol

99

Eynşteynium

Es

7

7s2 5f11

Bərk

252 g/mol

100

Fermium

Fm

7

7s2 5f12

 

257 g/mol

101

Mendelevium

Md

7

7s2 5f13

 

258 g/mol

102

Nobelium

No

7

7s2 5f14

 

259 g/mol

103

Lourensium

Lr

7

7s2 5f146d1

 

260 g/mol

104

Rezerfordium

Rf

7

7s2 5f146d2

 

261 g/mol

105

Dubnium

Db

7

7s2 5f146d3

 

262 g/mol

106

Seaborgium

Sg

7

7s2 5f146d4

 

263 g/mol

107

Borium

Bh

7

7s2 5f146d5

 

262 g/mol

108

Hassium

Hs

7

7s2 5f146d6

 

265 g/mol

109

Meitnerium

Mt

7

7s2 5f146d7

 

266 g/mol

110

Darmstadtium

Ds

7

7s2 5f146d8

 

271 g/mol

111

Rentgenium

Rg

7

7s2 5f146d9

 

272 g/mol

112

Kopernikium

Cn

7

7s2 5f146d10

 

285 g/mol

113

Nihonium

Nh

7

7s2 5f146d10 7p1

 

286 g/mol

114

Flörovium

Fl

7

7s2 5f146d10 7p2

 

289 g/mol

115

Moskovium

Mc

7

7s2 5f146d10 7p3

 

289 g/mol

116

Livermorium

Lv

7

7s2 5f146d10 7p4

 

293 g/mol

117

Tennessin

Ts

7

7s2 5f146d10 7p5

 

294 g/mol

118

Oqaneson

Og

7

7s2 5f146d10 7p6

 

294 g/mol


Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

2014 MU69/Ultima Thule asteroidi - kosmik gəmilərin nə vaxtsa ziyarət etdiyi ən uzaq obyekt. Bu şəkil New Horizons aparatı tərəfindən çəkilib və 6,5 milyard məsafəyə ötürülmüşdür.

Redaktor seçimi

SON XƏBƏRLƏR