Slimfit
  1. ELM

Kişilər və qadınlar müxtəlif yuxular görürlər

Kişilər və qadınlar müxtəlif yuxular görürlər
Sakura

Kişilər və qadınlar müxtəlif yuxular görürlər

Kişilər və qadınların yuxuları həm məzmunca, həm də formaca tamamilə müxtəlifdir. 
Alimlər böyük miqyaslı sınaqlar apardılar ki, onda müxtəlif ölkələrdən 100 min nəfər iştirak etdi.

Kişilərin yuxuları bir qayda olaraq ümumi xarakter daşıyır. Yuxuda detallar və emosiyalar azdır.  Təsvir daha bulanıq və bozdur, süjetlər isə daha qlobaldır. Əşyalar ümumi şəkildə görünür.

Qadınların yuxusu əksinə detallaşma ilə fərqlənir və xeyli ətraflı məlumatla dolğundur. Əşyalar daha dəqiq (kişilərdəki kimi bulanıq deyil) və ətraflı təsəvvür edilir.

Qadınların yuxusunda hadisələr qapalı, kişilərin yuxusunda isə açıq məkanda baş verir.

Yuxuda kabuslar zərif cinsi daha çox təqib edir. Qadınlar yuxuda rahat məkanda gizlənirlər. Kişilər isə yuxuda təhlükəni üz-üzə qarşılamağa çalışırlar. Nəticədə isə çox vaxt döyüş hərəkətləri, dava-dalaş yuxuda görürlər.

Seksual yuxular hər iki cinsdə eyni kəmiyyətdə olur, amma qadınların intim yuxuları zəriflik, romantika və sığallar, kişilərdə isə daha dəqiq və daha çox aqressivliklə doludur.

Alimlər izah edir ki, qadınlar kabus yuxuları onların özünün nəzarətsiz vəziyyətdə qapalı məkanda gizlənməyə çalışanda görürlər ki, bu da özünü real dünyada mühafizəsiz hiss edən zərif cinsin statusu təsdiqləyir. Kişilərin yuxularındakı aqressivlik onların təhlükə zamanı onlardan gizlənməyərək özlərinə əmin olduğunu sübut edir, onlar yuxuda düşmənlə üz-üzə görüşməyə çalışırlar.

Yuxudakı fərqlilik üç yaşından yaranmağa başlayır ki, artıq oğlan və qız uşaqlarında müxtəlif süjetlər yaranır.

Maraqlıdır ki, hər cins yuxuya müxtəlif formada reaksiya verir. Kişilər oyandıqdan dərhal sonra yuxunu unudur, qadınlar isə əksinə yuxunu analiz etməyi və ondakı mənanı başa düşmək üçün deşifrə etməyi xoşlayırlar.

 

Mənbə: Populyarnaya nauka

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

San Fransiskoda yerləşən bir şirkətin laboratoriyada toyuq tükündən hazırladığı toyuq əti

Redaktor seçimi

SON XƏBƏRLƏR