19 fevral 2020, çərşənbə
.
.
chevron_left chevron_right
İDMAN

KİV: İtaliya klubu Mario Balotelli ilə müqavilə imzalayıb

KİV: İtaliya klubu Mario Balotelli ilə müqavilə imzalayıb

132 Baxış
KİV: İtaliya klubu Mario Balotelli ilə müqavilə imzalayıb

İtaliyanın "Breşia" klubu tanınmış futbolçu Mario Balotellini transfer edib.

"Report" "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, 29 yaşlı hücumçu İtaliya təmsilçisi ilə birillik müqavilə imzalayıb.

Bildirilib ki, forvard bonuslarla birlikdə 1.5 milyon avro qazanacaq. Onun sözləşməsi daha bir il uzadıla bilər.

Qeyd edək ki, Mario Balotelli karyerası ərzində İtaliyada "İnter", "Milan", İngiltərədə isə "Liverpul" və "Mançester Siti" kimi klubların formasını geyinib. Son olaraq Fransa "Marsel"ində çıxış edən forvard bu ölkədə "Nitsa"nın da şərəfini qoruyub. Balotelli müxtəlif vaxtlarda İtaliya millisinin də formasını geyinib. "Breşia" bu mövsüm A Seriyasında mübarizə aparacaq. 





Diqqət! Ens.az saytına məxsus materiallardan istifadə edərkən hiperlinklə istinad edilməlidir. Mətndə səhv tapdıqda, onu seçib ctrl + enter düyməsini basaraq bizə göndərməyinizi xahiş edirik.


Android ƏS olan smartfonunuz varsa, xəbərləri daha rahat oxumaq üçün bu linkə keçərək Play Store mağazasından Ens.az proqramını endirib quraşdıra bilərsiniz.


VİDEO QALEREYA
Səsli xəbərlər
Səməd Vurğunun həyat yoldaşı Xavər xanım Abdulla Şaiqin baldızı idi.
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ

FAM Group Media X