Slimfit
  1. DÜNYA

KİV: Konqo DR-də hərbi qüvvələrlə üsyançılar arasında döyüşlərdə 17 nəfər həlak olub, yüzlərlə insan yaralanıb

KİV: Konqo DR-də hərbi qüvvələrlə üsyançılar arasında döyüşlərdə 17 nəfər həlak olub, yüzlərlə insan yaralanıb
Sakura

KİV: Konqo DR-də hərbi qüvvələrlə üsyançılar arasında döyüşlərdə 17 nəfər həlak olub, yüzlərlə insan yaralanıb

Konqo Demokratik Respublikasının (KDR) şərqində yerləşən Qoma şəhərində Konqo ordusu ilə “23 Mart Hərəkatı” (M23) üsyançı qrupu arasında ötən gecə başlanan döyüşlərdə azı 17 nəfər həlak olub, 367 nəfər yaralanıb.

Ens.az Report.az-a istinadən xəbər verir ki, bu barədə “Agence France-Presse” şəhər xəstəxanalarından əldə etdiyi məlumatlara istinadən bildirib.

“Cərrahlar yaralıların böyük axını ilə mübarizə aparmaq üçün gecə-gündüz işləyirlər, çünki döyüş əməliyyatları davam edir”, – agentliyin həmsöhbəti açıqlayıb.

Qoma həkimləri şəhər sakinlərini yaralıların xilas edilməsi üçün qan verməyə çağırırlar. Ölənlərin və yaralıların sayı barədə rəsmi məlumat yoxdur.

 

Qeyd edək ki, Qoma şəhəri 2 milyon əhalisi olan Şimali Kivu əyalətinin inzibati mərkəzidir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məhəmməd Əmin Rəsulzadə, 1940-cı il

Redaktor seçimi

SON XƏBƏRLƏR