Slimfit
  1. DÜNYA

Komediya aktyoru Yerevanın meri seçilə bilər

Komediya aktyoru Yerevanın meri seçilə bilər
Sakura

Komediya aktyoru Yerevanın meri seçilə bilər

Növbədənkənar Yerevan Ağsaqqallar Şurası (Şəhər Şurası) seçkiləri sentyabrın 23-də keçiriləcək. Yerli mətbuat yazır ki, bunu Ermənistan Mərkəzi Seçki Komissiyasının katibi Armen Smbatyan deyib.

Avqustun 16-də Ermənistan hakimiyyəti Yerevan Şəhər Şurasının buraxılması haqqında qərar qəbul edib. Buna səbəb şuranın paytaxtın yeni merini seçə bilməməsi olub.

A.Smbatyanın sözlərinə görə, partiyalar seçkilərdə iştirak etmək üçün sənədləri avqustun 29-u təqdim etməlidirlər, son qeydiyyat müddəti 3 sentyabrdır. Seçkiqabağı kampaniya isə sentyabrın 10-dan başlayacaq.

"Yerevan şəhərində yerli özünüidarəetmə haqqında" qanuna əsasən, paytaxt merini Ağsaqqallar Şurası seçir. Şuranın üzvləri 65 nəfərdən ibarət olur və ümumşəhər seçkiləri əsasən partiya prinsipi üzrə formalaşır. Əgər seçkilərin yekunu üzrə partiyalardan biri yerlərin 50 faizindən çoxunu əldə edərsə, o zaman siyahıya rəhbərlik edən partiyanın namizədi Yerevanın seçilmiş meri hesab olunur.

Şəhər meri postuna baş nazir Nikol Paşinyanın Mülki Müqavilə Partiyasından komediya aktyoru Ayk Marutyanın namizədliyi irəli sürüləcək. İkinci namizəd isə "Tsarukyan" parlament fraksiyasından deputat Naira Zoqrabyandır.

Xatırladaq ki, Yerevanın sabiq meri Taron Marqaryan iyulun 9-da vəzifəsindən imtina edib. Daha əvvəl paytaxtda onun istefası tələbi ilə etiraz aksiyası keçirilmişdi.

 

Mənbə: Virtualaz.org

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala müharibələri, 1915 İbadət üçün düzəldilmiş məscid və güllə qutularından hazırlanan minbər

Redaktor seçimi

SON XƏBƏRLƏR