Ens.az
20 sentyabr 2019, cümə
.
chevron_left chevron_right
CƏMİYYƏT

Komitə rəsmisi: Uşaqların evdən qaçmaması üçün valideynləri maarifləndirmək lazımdır

Komitə rəsmisi: Uşaqların evdən qaçmaması üçün valideynləri maarifləndirmək lazımdır

47 Baxış
Komitə rəsmisi: Uşaqların evdən qaçmaması üçün valideynləri maarifləndirmək lazımdır

Dünən səhər saatlarında Bakı Metropoliteninin "Neftçilər" stansiyasında 9-11 yaşlı qız ağlayaraq anasının onu döydüyünü və buna görə də evdən qaçdığını deyib. Uşaq evə getmək istəmədiyini, yaxınlarından heç kimin nömrəsini bilmədiyini dilə gətirib.

Bənzər hadisə ilə birinci dəfə deyil ki rastlaşırıq. Bu problemin kökündə əslində nə dayanır?

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin baş məsləhətçisi Fərid Ədilov məsələni Oxu.Az-a şərh edərkən deyib ki, əksər hallarda valideynlərin uşaqlarla davranış şəklini bilməməsi azyaşlıları evdən qaçmağa vadar edir:

"Bu gün valideynlərin maarifləndirilməsinə ehtiyac var. Uşaqla daim ünsiyyətdə olan valideynlər uşaqlarla davranışa diqqət etməlidir. Bəzən uşaqlara qarşı zorakılıq və onların baxımsız qalması ilə bağlı məsələlərlə qarşılaşırıq. Aşkar edilən halların aradan qaldırılması və həlli istiqamətində müvafiq araşdırmalar aparırıq.

İlk olaraq qeyd etmək istərdim ki, Azərbaycanın bütün şəhər və rayonlarında yerli icra orqanlarının nümayəndələrindən ibarət gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları yaradılıb. Bu monitorinq qrupları həmin ərazilərdə vəziyyətin öyrənilməsi və yoxlanılması, həmçinin riskli ailələrin müəyyən edilməsi və onlara müvafiq dəstəyin göstərilməsi məqsədini daşıyır. Bununla yanaşı, monitorinq qrupları zorakılıq qurbanlarının müdafiəsini, bənzər halların müzakirə edilməsini də təmin edir".

Onun sözlərinə görə, araşdırmalar zamanı müəyyən olunur ki, uşaqlar ailə zəminində üzləşdiyi zorakılıq və baxımsızlıq səbəbindən bəzən evi tərk edirlər:

"Bu kimi məsələlərdə valideyn məsuliyyətinin artırılması və onun önəmi bir daha ortaya çıxır. Buna görə də valideynlərin maarifləndirilməsinə ehtiyac var.

Komitə tərəfindən uşaq hüquqları, ümumiyyətlə, bu istiqamətdə təşkil edilən təlim və tədbirlərə mütləq şəkildə valideynləri də dəvət edirik. Çalışırıq ki, onların bu sahədə maarifəndirilməsi işi artsın, valideyn-uşaq münasibətləri düzgün qurulsun. Bu halda azyaşlılar hər hansı problemin həllini evdən qaçmaqda deyil, valideynləri ilə ünsiyyətdə görəcək".

Psixoloqlar isə düşünür ki, yaşından asılı olmayaraq, uşaqların, xüsusilə, qızların evdən qaçmasının kökündə ailədaxili problemlər dayanır. Necə ki uşaqların doğru, uğurlu addımları valideylərin zəhmətinin nəticəsidir, yol verdikləri səhvlər də yenə valideynlərin məsuliyyətsizliyinin nəticəsidir. Psixoloqlar bir çox ailələrin ciddi reabilitasiyaya ehtiyacı olduğunu düşünürlər.

 


VİDEO QALEREYA
Nizami Gəncəvi
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ