Slimfit
  1. İDMAN

Konor Makqreqor UFC-dən ayrılır?

Konor Makqreqor UFC-dən ayrılır?
Sakura

Konor Makqreqor UFC-dən ayrılır?

Keçmiş yarımyüngül və yüngül çəkidə ikiqat çempion, irlandiyalı Konor Makqreqor BKFC liqasında döyüşmək üçün UFC-dən ayrıla biləcəyini deyib.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Middle Easy" məlumat yayıb.

Makqreqor bildirib ki, buna səbəb UFC rəhbərliyinin onun bloqer Loqan Pol ilə döyüşün əleyhinə olmasıdır.

"Döyüşün təşkil edilməsi ideyası UFC üçün maraqlı deyildi. Müqavilə yazılı şəkildə onların masasının üzərində idi. Loqan və mən səhmləri sürətlə artan TKO-nun himayəsi altındayıq. Hindistanda inkişaf edən yeni bir bazar açılıb.

Biznes nöqteyi-nəzərindən danışsaq, Loqanla döyüşümüz məna kəsb edirdi, bu, ağıllı bir addımdır. Mən qayıdana qədər bu döyüşü aparsaq yaxşı olardı. Amma UFC-nin bu matça heç bir marağı yoxdur.

Bir gün gələcək ki, siz mənim musiqi sədaları altında BKFC səhnəsində əlcəksiz döyüşməyə çıxacağamı görəcəksiniz. Heç bir reklam və ya başqa bir şey olmayacaq. Mən sadəcə kardda təsadüfi döyüş keçirəcəyəm", - Makqreqor bildirib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəkil çəkən it

Redaktor seçimi

SON XƏBƏRLƏR