Slimfit
  1. CƏMİYYƏT

 Konstitusiya Məhkəməsi vətəndaşın bələdiyyədən aldığı torpağı satmasına 5 il qadağa qoyulmasını əsaslı sayıb

  Konstitusiya Məhkəməsi vətəndaşın bələdiyyədən aldığı torpağı satmasına 5 il qadağa qoyulmasını əsaslı sayıb
Sakura

 Konstitusiya Məhkəməsi vətəndaşın bələdiyyədən aldığı torpağı satmasına 5 il qadağa qoyulmasını əsaslı sayıb

Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova (məruzəçi-hakim), Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə, məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Göyçay Rayon Məhkəməsinin müraciəti əsasında “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunun 9.8-ci maddəsinin Konstitusiyanın 13 və 29-cu maddələri, eləcə də Mülki Məcəllənin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair konstitusiya işinə baxıb.

Ens.az Apa.az-a istinadən xəbər verir ki, Göyçay Rayon Məhkəməsinin müraciətində göstərilib ki, Göyçay rayonu Potu Bələdiyyəsinin 2 mart 2018-ci il tarixli qərarı ilə Göyçay rayonu Potu kəndi ərazisindən 0.12 ha həyətyanı torpaq sahəsi Saçlı Abbasovaya satılıb, həmin qərar əsasında Göyçay rayon Notariat Ofisində təsdiq edilmiş 11 iyul 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 2 641 manat məbləğində pul bələdiyyənin hesabına ödənilib.

Qeyd olunan müqavilənin 13-cü bəndi ilə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunun 9.8-ci maddəsinə istinad edilərək S.Abbasovaya beş il müddətində həmin torpaq sahəsini özgəninkiləşdirmək qadağan edilib. S.Abbasova maddi çətinlik səbəbindən həmin torpaq sahəsini satmaq istəyərkən Göyçay rayon Notariat Ofisi tərəfindən notariat əməliyyatının həyata keçirilməsindən imtina edilib, buna səbəb kimi alqı-satqı müqaviləsinin 13-cü bəndi göstərilib. Bundan sonra S.Abbasova Konstitusiyanın 13 və 29-cu maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnun pozulmasına əsaslanmaqla Göyçay Rayon Məhkəməsinə müraciət edərək, notariat hərəkətlərinin aparılması vəzifəsinin Göyçay rayon Notariat Ofisinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş edib.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələyə aydınlıq gətirilməsi üçün mülkiyyət hüququ, onun məhdudlaşdırılması halları və hədləri ilə bağlı Konstitusiyanın, mülki qanunvericiliyin və beynəlxalq-hüquqi aktların normalarının nəzərdən keçirilməsini vacib hesab edib. Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunun 9.8-ci maddəsinin torpaq sahəsinin özgəninkiləşdirilməsinin məhdudlaşdırılması ilə bağlı müddəası Konstitusiyanın 29-cu maddəsinin VI hissəsinin və Mülki Məcəllənin 152.5-ci maddəsinin tələblərinə uyğun olmaqla mülkiyyətçinin hüququnu pozmur.

Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Florida, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR