Slimfit
  1. CƏMİYYƏT

Koronavirus yayılan bazarda qaydalara necə əməl olunur?

Koronavirus yayılan bazarda qaydalara necə əməl olunur?
Sakura

Koronavirus yayılan bazarda qaydalara necə əməl olunur?

Koronavirusa görə bağlanan bazarda açılışdan sonra qaydalara əməl necə olunur?

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, "Şəki Bazarı" bu gün səhər saatlarından etibarən fəaliyyətini bərpa edib.

Şəkidə sentyabrın əvvəlindən bazar və ətraf ərazilərdə aparılan pandemiya ilə bağlı testlərin nəticələrində artım müşahidə olunması yerli qurumları ciddi tədbir görmək məcburiyyətində qoyub. 

Belə ki, bazar ərazisində müxtəlif sahələrdə çalışan insanlardan COVID-19 pandemiyası ilə bağlı götürülən test nümunələrinin nəticələrinin 12 nəfərdə müsbət çıxması bazarın fəaliyyətinin müvəqqəti dayandırılması ilə nəticələndi. 

Virusun yayılma mənbəyinin daha çox bazar ərazisinin olması ehtimalına görə, şəhərin bazar və bazarətrafı hissələri bağlanıb.  

Açılışdan sonra satıcılar artıq qaydalara riayət olunduğunu deyir. Bazarda əsas təhlükə mənbəyi ət və süd məhsullarının satış yeri hesab olunurdu. İndi isə qəssablar belə alıcıların gigiyenik qaydalara ciddi əməl etdiyini bildirir.

Şəki Rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən operativ qərargah yüzlərlə insanın gəlir mənbəyi olan bazarın təkrar bağlanmaması üçün bütün qabaqlayıcı tədbirləri görür. 

Qeyd edək ki, bazarın bağlı qaldığı üç gün ərzində bazar ərazisi dezinfeksiya olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fasilə zamanı.

Redaktor seçimi

SON XƏBƏRLƏR