Slimfit
  1. CƏMİYYƏT

Koronavirusla bağlı Xəzər Dəniz Gəmiçiliyinin gəmilərində dezinfeksiya işləri aparılıb

Koronavirusla bağlı Xəzər Dəniz Gəmiçiliyinin gəmilərində dezinfeksiya işləri aparılıb
Sakura

Koronavirusla bağlı Xəzər Dəniz Gəmiçiliyinin gəmilərində dezinfeksiya işləri aparılıb

Çində ortaya çıxan və artıq dünyanın bir neçə ölkəsində də aşkarlanan koronavirusla ("2019-nCoV") bağlı “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) ehtiyat tədbirlərini davam etdirir.

QSC-dən “APA-Economics”ə verilən məlumata görə, ASCO sədri Rauf Vəliyevin tapşırığı ilə şirkətin balansında olan gəmilərdə, struktur idarələrin ərazilərində, keçid-mühafizə postlarında və yeməkxanalarında mütəmadi olaraq aparılan dezinfeksiya işlərinə nəzarət gücləndirilib.

Müəyyənləşdirilmiş qrafikə əsasən, 24 fevral 2020-ci il tarixində ASCO-nun Xəzər Dəniz Neft Donanmasının inzibati binasında,  “General Əsədov”, “Lütoqa”, “İrgiz” və “Ədalət Gülməmmədov” gəmilərində, eləcə də Dəniz Nəqliyyatı Donanmasının “Bəstəkar Qara Qarayev” və “Naxçıvan” gəmilərində tələblərə uyğun dezinfeksiya işləri aparılıb.

İşlər xüsusi lisenziya əsasında fəaliyyət göstərən və bu sahə üzrə ixtisaslaşmış şirkətlə birlikdə Sosial inkişaf və nəqliyyat şöbəsinin əməkdaşlarının müşayiəti ilə həyata keçirilir.

Tapşırığa uyğun olaraq, dezinfeksiya tədbirləri xüsusi qrafiklə gəmilərdə ayda bir dəfə, sahildə yerləşən strukturların inzibati binaları və ərazilərində isə iki dəfə yerinə yetiriləcək. Səlahiyyətli qurumların göstəriş və təlimatlarına müvafiq olaraq sanitar-gigiyenik tədbirlərin təkrarlanması da diqqətdə saxlanılır.

Bütün bunlarla bərabər, sahil heyətinin virusa yoluxmasına qarşı yönəlmiş tədbirlər çərçivəsində ASCO-nun “Dənizçilər poliklinikası” MMC-nin həkimləri ciddi maarifləndirmə işləri aparırlar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Zamanın qapısı"

Redaktor seçimi

SON XƏBƏRLƏR