Slimfit
  1. CƏMİYYƏT

Koronavirusla mübarizə aparan həkimlərlə bağlı daha bir yenilik

Koronavirusla mübarizə aparan həkimlərlə bağlı daha bir yenilik
Sakura

Koronavirusla mübarizə aparan həkimlərlə bağlı daha bir yenilik

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi BMT-nin İnkişaf Proqramının dəstəyi və “Ezgil Medical Technologies” şirkətinin əməkdaşlığı ilə tibb işçilərinin istifadəsi üçün xüsusi mobil tətbiq yaradıb. 

Ens.az xəbər verir ki, Nazirlikdən "Report"a verilən məlumata görə, yeni “MD Reference” mobil tətbiqin əsas vəzifəsi klinik qərarların qəbulunda həkim və orta tibb heyətinə dəstək olmaqdır. 

Səhiyyə işçiləri bu tətbiqdən istifadə edərək tibbi yardımın keyfiyyətini yüksəldib, öz praktik fəaliyyətlərinin nəticələrini daha da yaxşılaşdırmış olacaqlar. İstifadəsi olduqca rahat olan bu mobil aplikasiya həkimlər və digər səhiyyə işçilərinin bacarıqlarının təkmilləşdirilməsi, onların bu sahədə ən son yeniliklərdən daim xəbərdar olmalarına kömək edəcək.

Bundan başqa, “MD Reference”ın yaradıcıları tətbiqdə COVID-19 pandemiyasına həsr olunmuş xüsusi bölmə əlavə ediblər. Mobil proqramın bu bölməsində tibb işçiləri üçün olduqca vacib olan ən son məlumatlar yerləşdirilib: koronavirus infeksiyasının profilaktikası, infeksion nəzarət, dezinfeksiya, xəstəliyin diaqnostikası və müalicəsinə aid təlimatlar. Bölmə COVID-19 ilə mübarizədə gərgin əmək sərf edən tibb işçilərimiz üçün əlavə məlumat və məsləhət mənbəyi olacaq.

Qeyd edək ki, “MD Reference” mobil tətbiqi Android əməliyyat sistemli cihazlarda "Google Play"dən ("Play Market") asanlıqla yüklənilə bilər. Yaxın zamanda isə tətbiq həmçinin iOS əməliyyat sistemi ilə işləyən cihazlarda da əlçatan olacaq.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Jeledən Tetris

Redaktor seçimi

SON XƏBƏRLƏR