Slimfit
  1. DÜNYA

Koronavirusun yayılmadığı yeganə ərazi

Koronavirusun yayılmadığı yeganə ərazi
Sakura

Koronavirusun yayılmadığı yeganə ərazi

Antarktidada 4000 insan koronavirusun yaratdığı böhranı uzaqdan izləyir.

Sondakika.com xəbər verir ki, Çinin Uhan şəhərində ortaya çıxandan sonra qlobal böhrana çevrilən yeni növ koronavirus Antarktida istisna olmaqla bütün dünyanı cənginə alıb.

Soyuq havada yaşamaq şansı daha yüksək olan koronavirusun aşkar edilmədiyi yeganə yerin demək olar ki, hər tərəfi buz və qarla örtülüb.

 

Antarktida qitəsində araşdırma aparan italiyalı Alberto Della Rovere ölkəsindəki fəlakəti dünyanın başqa bir hissəsindən narahatlıqla izləyərək, “Washington Post” qəzetinə müsahibə verib:

“Hazırda bura daha etibarlıdır. Dostlarımız da bunu bizə deyirlər, amma burada həm qohumlarımız, həm də ölkəmiz üçün narahatıq”.

Antarktidanın dünyanın ən təhlükəsiz yeri olduğunu vurğulayan Rovere məhdud sayda giriş-çıxışın olduğunu, gələnlərin müntəzəm həkim nəzarətindən keçdiyini qeyd edərək, burada koronavirusun yayılma ehtimalının olmadığını bildirib.

Hazırda Antarktida qitəsində 28 ölkənin tədqiqat stansiyaları mövcuddur. Ən böyük stansiya ABŞ-a məxsusdur. Antarktidanın Ross Ays Şelf sahəsindəki “Mak Murdo” stansiyasında min nəfər yaşayır.

 

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əyləncə, 1928-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR