Slimfit
  1. KOSMOS

Kosmos. Sözün yaranma tarixi və onun əsas mənası

Kosmos. Sözün yaranma tarixi və onun əsas mənası
Sakura

Kosmos. Sözün yaranma tarixi və onun əsas mənası

Başınızı yuxarıya qaldırın və siz günəşi və buludları, gecə isə ay və ulduzları görəcəksiniz. Sonra isə - çox yüksəkdir! Kainat, kosmos, naməlum dünyalar, sirlər və müəmmalar.

“Kosmos” sözü göy cisimlərinin forması xaricində kainatın boş sahələri, kosmik məkan mənasını verir. Daha bir tərif var: “Kosmos” bu xaosun əksi olan nizam-intizam, kainatdır; kosmosu həm də insanın daxili dünyası, onun individualllığı, xarakteri də adlandırırlar. Əbəs yerə demirlər ki, hər insan bütün kainat kimi öyrənilməmiş və sirli kosmos, ayrıca dünyadır.

“Kosmos” sözü yunan mənşəlidir. Qədim yunanlar müəyyən qanunauyğunluqla və ənənələrlə inkişaf edən kainat, nizam-intizam, həyat quruluşu sistemini kosmos adlandırıblar, həmçinin yunanlar kosmosu xaosa əks olaraq gözəllik, harmoniya ilə bağlayıblar.

Qədim yunanlar özlərinin kosmik nəzəriyyəsini ifadə edən bütöv bir sistem fikirləşiblər. Onlara görə kosmosun üçn vacib tərkib hissəsi var: yuxarı, orta və aşağı dünyalar. Bu sonradan mifologiya adlanan fəlsəfə şəklinə düşüb. Yuxarı dünya özündə Olimp allahlarının yaşadığı göyü təcəssüm etdirirdi. Əlbəttə ki, faktiki olaraq Olimp dağı Yunanıstanın şimalında yerləşirdi, amma o insan üçün əlçatmaz idi, buna görə də buludlu mehlə dolu göylə əlaqələndirilirdi.

Orta dünya Oykumen adını daşıyırdı. Orada insanlar məskunlaşırdı.

Hardasa yerin altında Aida krallığı yerləşirdi - bu aşağı dünya idi. Burada ölənlərin ruhları yaşayırdı, onların üzərində Zevsin oğulları - Monis, Eak və Radamant hökmranlıq edirdilər. Əfsanəyə görə ölülər krallığını qorxunc üçbaşlı məxluq - it Çerber qoruyur.

Kosmosun ən dərinliyində Tartar yerləşir - gecə ilahəsi yaşayan qara dərinlik yerləşirdi ki, oraya ölmüş günahkarların ruhları göndərilir.

Maraqlıdır ki, dildə bəzən elə sözlər yaranır ki, ilk baxışda heç bir ümumi mənanı vermir. Məsələn: “kosmos” sözünə oxşar kosmetika sözü var. Bu ola bilsin qəribə səslənir, amma mənaya baxın: kosmosun daha bir mənası “bəzəmək”dir. Kosmetika da bəzənmək, dəyişmək üçün istifadə edilir. Kuzma kişi adı da kosmosla bağlıdır. Bu yunan adı Kosmadan götürülüb və mənası budur: “Kainat”, “bəzənmiş”, həmçinin “dəmirçi”.

 

Mənbə: Filfak

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlan özünün dili ilə ətraf mühitdən hissəciklər toplayır və onları ağız boşluğuna "analiz etmək" üçün göndərir. Bu prosedur ona qurbanını izləməyə və təhlükəni hiss etməyə kömək edir.

Redaktor seçimi

SON XƏBƏRLƏR