Slimfit
  1. TEXNOLOGİYA

Kredit kartı ölçüsündə smartfon təqdim edilib

Kredit kartı ölçüsündə smartfon təqdim edilib
Sakura

Kredit kartı ölçüsündə smartfon təqdim edilib

Yaponiyanın “Kyocera” yüksəktexnologiyalı şirkəti dünyada ən nazik telefon adına iddia edən yeni “KY-O1L” smartfonunu təqdim edib.
 
ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, qurğunun qalınlığı 5,3 mm təşkil edir, ölçüsü isə bank kartının ölçüsü ilə müqayisə edilə bilər. Sözügedən smartfonun çəkisi 47 qramdır.
 
Smartfon 2,8 düym diaqonallı ağ-qara displey, həmçinin 380 milliamper/saat tutumlu akkumulyatora malikdir. Bundan başqa, yeni model “LTE” texnologiyasını dəstəkləyir. Qurğuda kamera və proqramlar mağazası yoxdur, ancaq bu modelin sahibləri brauzer vasitəsilə internetə çıxa bilər.
 
1 ay ərzində bazara çıxarılacaq qurğunun qiyməti 284 dollar məbləğində qiymətləndirilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Tısbağanı xilas etdi

Redaktor seçimi

SON XƏBƏRLƏR