Slimfit
  1. İQTİSADİYYAT

Kürdəmirdə heyvanlar arasında peyvəndləmə işləri görülür

Kürdəmirdə heyvanlar arasında peyvəndləmə işləri görülür
Sakura

Kürdəmirdə heyvanlar arasında peyvəndləmə işləri görülür

Kürdəmir rayonunda "Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı"na uyğun xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktik peyvəndləmə, diaqnostik müayinə, dezinfeksiya və digər tədbirlər davam etdirilir. 

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən “Report”a verilən məlumata görə, bu tədbirlər Kürdəmir Rayon Baytarlıq İdarəsinin 13 sahə baytarlıq məntəqəsi tərəfindən aparılır.

Kürdəmir Rayon Baytarlıq İdarəsi cari ilin ilk günlərindən başlayaraq bu günə kimi rayonun 62 kəndində saxlanılan 53 412 baş iribuynuzlu, 112 676 baş xırdabuynuzlu, 706 baş təkdırnaqlı heyvanda qarayara, 4 255 baş sahibli itdə quduzluq, 91 479 baş xırdabuynuzlu heyvanda çiçək, 1 500 baş xırdabuynuzlu (Rev-1 ştammı ilə) heyvanlarda bruselyoz xəstəliklərinə qarşı peyvənd aparıb. Eləcə də bu dövr ərzində 640 baş iribuynuzlu heyvanda leptospiroz (sarılıq), 427 233 (“H” ştammı ilə) baş quş və 851 873 baş cücədə (“La-Sota” ştammı ilə) nyukasl xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri yerinə yetirilib.

Fevral ayından Kürdəmir rayonu ərazisində saxlanılan iri və xırdabuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb. Artıq 58 090 baş iribuynuzlu və 31 941 baş xırdabuynuzlu heyvanda dabaq xəstəliyinə qarşı peyvəndləmə aparılıb.

Mart ayının ilk günlərindən isə Kürdəmir Rayon Baytarlıq İdarəsi tərəfindən sahə baytarlıq məntəqələri arasında iribuynuzlu heyvanların iti yoluxucu nodulyar dermatit xəstəliyinə qarşı aparılacaq vaksinin bölgüsü başa çatdırılıb və peyvəndləmə tədbirinə başlanılıb. Artıq 50 131 baş iribuynuzlu heyvanda nodulyar dermatit xəstəliyinə qarşı peyvəndləmə işi aparılıb. Bu müddətdə həm də 44 475 kvadratmetr sahədə profilaktik dezinfeksiya işləri aparılıb. Ümumiyyətlə, rayonun təsərrüfatlarında heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri “soyuq zəncir” rejiminə riayət olunmaqla həyata keçirilir.

Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini vaxtında aşkar etmək məqsədilə 5 930 baş iribuynuzlu heyvanlardan və 183 baş törədici qoçlardan qan alınaraq seroloji müayinə edilib. Eyni zamanda 183 baş törədici qoç qan epidedimitə görə müayinədən keçirilib. Bununla yanaşı vərəm xəstəliyinə qarşı 1940 baş iribuynuzlu heyvanlarda, manqo xəstəliyinə qarşı 520 baş atda diaqnostik müayinə aparılıb və xəstə heyvan aşkar edilməyib.

Kürdəmir rayonu ərazisində saxlanılan heyvanlarda bundan sonra da peyvəndləmə tədbirləri davam etdiriləcək. Belə ki, iribuynuzlu heyvanlarda leptospiroz, bruselyoz (ştamm-19 vaksini ilə), xırdabuynuzlu heyvanlarda dabaq, leptospiroz, quşlar arasında nyukasl və digər xəstəliklərə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaq. Həmçinin atlarda manqo (göz sınağı müayinəsi), iribuynuzlu heyvanlarda vərəm (allergik müayinə), xırdabuynuzlu heyvanlarda bruselyoz və qoçlarda epididimitə (seroloji müayinə) görə diaqnostik, quşlarda, iri və xırdabuynuzlu heyvanlarda (askaridioz, diktikaulyoz, fassilyoz və s.) koproloji müayinələrin aparılması nəzərdə tutulur.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş ilk 11 nəfərdən biri rus əsilli Yuri Petroviç Kovalyovdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR