Slimfit
  1. PSİXOLOGİYA

Kütlələrə telepatiya: zehni oxumaq üçün 5 texnologiya

Kütlələrə telepatiya: zehni oxumaq üçün 5 texnologiya
Sakura

Alınan məlumatların təhlili daha ciddi problemdir

Bütün fikir oxuma layihələrinin mərkəzində sadə bir prinsip dayanır: Beyindəki hər hansı dəyişiklik onun elektrik fəallığına təsir göstərir. Qalan şey bunları təsbit etmək və dosta, televizora və ya avtomobilə göndərilə bilən anlaşılan siqnallara çevirməkdir. Təsbit etmədə ilk bəndin öhdəsindən elm adamları hələ yüz il əvvəl elektroansefaloqrafiya (EEQ) - beynindəki elektrik titrəmələrini qeyd etmək texnologiyasından istifadə edərək necə gəlməyi öyrənmişdilər. İndi hər poliklinikada ensefaloqraflər quraşdırılıb - bunlar neyrofizioloji xəstəliklərin diaqnozu üçün istifadə olunur. Alınan məlumatların təhlili daha ciddi problemdir. Səksən milyard neyrondan məlumatları şərh etmək sadə iş deyil, deyilmi? Bununla belə, texnikanı idarə etmək üçün EEG-dən istifadə edən ilk texnologiyalar artıq ortaya çıxdı.

Protezləri idarə etmə

Bütün fikir oxuma sahələri arasında ən təsirli nəticələrə protezləşmədə imza atıldı. Bu video ABŞ-ın Con Hopkins Universitetinin Tətbiqi Fizika Laboratoriyasında lentə alınıb. Orada yaradılan bionik protezlər 15 kq-a qədər qaldırır, 26 oynaqda bükülür, beynin siqnalları ilə idarə olunur - bu da onların 59 yaşlı Les Bo (videoda) kimi insanların istifadə etmələrini mümkün edir. Les  yeniyetmə yaşında  qollarını itirdi, amma baxın necə yaxşı bacarır! Bu nəzarəti əldə etmək üçün alimlər əvvəllər qol hərəkətlərini idarə edən beyindəki sinirlərə protezlər bağladılar.

Emosiyaların kontrolu

Düşüncə gücüylə idarə olunan mobil tətbiqetmə əla səslənir, amma bu, dünəndə qaldı. Kanadanın  İnteraxon şirkəti oxşar texnologiyanı hələ 2014-cü ildə bazara çıxardı - kompakt ensefaloqraf Muse adını aldı. Başa halqa kimi keçirilən Muse, Bluetooth vasitəsilə smartfonla əlaqə qurur və toplanan beyin fəaliyyəti məlumatlarını ona ötürür. Çox təsir edici potensiala baxmayaraq, bu texnologiya bu günə qədər yalnız bir tətbiqdə istifadə olunur. Eyni InteraXon tərəfindən  buraxılan Calm, meditasiya etməyə kömək edir - tətbiqetmə real vaxtda başınızdakı zehni "səs-küy" miqdarını qiymətləndirir və səslərdən istifadə edərək onun səviyyəsini xəbər edir. (Meditasiya üçün lazım olan vəziyyətə çatdıqda tətbiq quşlar oxuyaraq oynamağa başlayır). Texniki olaraq Muse meditasiya ilə bitmir. Üçüncü tərəf inkişaf etdiricilərinə bunun əsasında yeni tətbiq yazmağa imkan verən ensefalograf halqa üçün pulsuz  API var.

Musiqini idarə etmə 

2013-cü ildə çıxan Mico qulaqlıqları da eyni şəkildə işləyir. Yaponiyanın Neurowear şirkəti tərəfindən hazırlanan qulaqlıqlar beyindəki elektrik dalğalanmalarını analiz edir və əhvalınız barədə nəticə çıxarır və sonra smartfona uyğun musiqi çalmağı tapşırır. Çalğı siyahıları üçün tamamilə gözlənilməz bir əvəz. Təəssüf ki, gadjet hələ də mükəmməl deyil: qulaqlıq yalnız üç növ əhval-ruhiyyəni (diqqət, yuxu və stress) tanıyır və qaçışda və ya idman zalında idarə olunmayacaq dərəcədə böyük görünür.

Ev heyvanları ilə ünsiyyət

Gündəlik həyatda EEG-in başqa bir maraqlı tətbiqini, Studio Total şirkətindən olan İsveç dizaynerləri tərəfindən tapıldı. No More Woof adlanan qadjet - kompakt  ensefaloqraf bir itin başına qoyulur və duyğularını, istəklərini insan dilində səsləndirir. Ev heyvanınızla məzmunlu bir əlaqə olmayacaq - qadjet yalnız əsas emosional vəziyyətləri tanıyır. Ancaq itiniz ac olduğunu bildirə biləcək və hətta yeməyə görə sizə təşəkkür də edəcək - bu həqiqətən yeni bir ünsiyyət dövrüdür! No More Woof, təəssüf ki, hələ bazara girməyib - "crowdfunding" vasitəsilə iki dəfə tələb olunan minimumu toplayaraq, qadjet artıq dörd ildir inkişafdadır.

ID Doğrulama Barmaq izinə güvənən smartfon və avtomobillər adi hala gəldikdə, sənayenin keçid edəcəyi bir şey olacaq: ABŞ-da Binghamton Universitetinin alimləri 2014-cü ildə bənzərsiz bir ağıl izini əldə etməyi öyrəndilər. Daha dəqiq desək, beynin müəyyən sözlərə bənzərsiz reaksiyasını. Tədqiqat zamanı məlum oldu ki, qırx beş subyektin hər biri eyni qısaltmalara (yəni, ixtisarlar) bir qədər fərqli reaksiya verdi - və tezliklə kompüter onların hər birini 94% dəqiqliklə EEG məlumatlarından müəyyən edə bildi.

Mənbə: rambler.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1959-cu ildə çəkilmiş Ayın əks tərəfinin ilk görüntüsü. Şəkil "Luna-3" sovet kosmik aparatı ilə çəkilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR